iqtisadi böhran ?bp-Azərbaycan? zirkətini də xərclərini azaltmağa məcbur edib

img

17-06-2009 [02:58]


Xəbər verdiymiz kimi, ?bp-Azərbaycan? şirkətinin platformalarda işləyən fəhlələri tətilə hazırlaşır. Buna səbəb isə onların platformalara və geriyə helikopterlər vasitəsilə aparılıb-gətirilməsinin rəsmi şəkildə ləğv olunmasıdır. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı hələki fəhlələrin onlara müraciət etmədiyini bildirib. Onun sözlərinə görə, şirkətin bu addımı atmasına səbəb gəmi nəqliyyatının helikopterlərə nisbətən ucuz başa gəlməsidir: ?Düşünürəm ki, onlar özləri təkbaşına tətil etməli olsalar, mütləq hüquqi dəstəyə ehtiyacları olacaq. İşəgötürənin öhdəliyində yazılmır ki, işçini hansı nəqliyyat vasitəsilə təmin olunmalıdır. Adətən Dövlət Neft Şirkətində işçilərin dəniz obyektlərinə aparılıb-gətirilməsi gəmi vasitəsilə həyata keçirilir. Helikopterlər isə yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulub. İşçilərlə əlaqə yarada bilsək, onların əmək müqaviləsinə baxıb orada belə bir müddəanın əks olunub-olunmamasını bilmək olar. Əgər fəhlələr bizə müraciət etsələr, biz onlara tələblərin qoyuluşunda köməklik göstərər, tətil etməyin yollarını başa salardıq. Dünən mən şirkətin mətbuat katibi ilə əlaqə yaradıb vəziyyətlə maraqlanmışam. Məndə olan məlumata görə, şirkətin belə bir addım atmasına səbəb gəmi vasitəsilə gediş-gəlişin daha ucuz başa gəlməsidir?. M.Qəhrəmanlı hələki tətilin başlamadığını bildirib: ?İşçi özü əsaslandırmalıdır ki, nəyə görə o gəmi nəqliyyatından imtina edir. Biz işçilərlə dioloqa girə bilmirik. Yalnız mətbuatdan eşitdiklərimiz barədə onlara sual veririk. Hələki tətil başlamayıb. Əgər işçilər bizə müraciət etməsələr, biz məlumatsız olduğumuzdan onlara heç bir köməklik göstərə bilməyəcəyik. Onların qanunauyğun şəkildə tətilə başlaması daha məqsədəuyğundur. Əmək Məcəlləsinin tətil haqqında maddəsinə əsasən işçilər ilk olaraq yazılı şəkildə rəhbərliyə öz etirazlarını bildirməli və əsaslandırılmış cavab almadıqda, qısamüddətli tətilə başlaya bilərlər. O cümlədən ictimai rəy formalaşdırmaq üçün mətbuata müraciət edə bilərlər. Xəbərdaredici tətil nəticə verməzsə, uzunmüddətli tətilə başlamaq olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA