Azərbaycan Şəffaflıq Təzəbbüsü üzrə onuncu hesabatını açıqladı

img

12-06-2009 [06:49]


"Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan hökuməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya Deloyt end Tuş audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (onuncu) hesabatını (2008-ci il üzrə illik) - 2009-cu il iyunun 12-də açıqlayıb. Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir. Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun (www.oilfund.az), MHŞT üzrə Beynəlxalq Katibliyin (www.eiti.org) və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması Koalisiyasının (www.eiti-az.org) İnternet səhifələrində yerləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA