Sosial ipoteka kreditlərinə ayrılan vəsaitlərin məbləği artırılmalıdır

img

11-06-2009 [01:15]


?Bu gün sosial ipotekanın bərpasına böyük ehtiyac var. Bundan əlavə, ölkəmizdə illik 1 milyon kv.metr mənzil istifadəyə verilir ki, bu da Azərbaycanda mənzilə olan təlabtın 1/3-ni ödəmir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin sədr müavini Vüsal Qasımlı deyib: ?Bu gün vətəndaşlar mənzilə böyük ehtiyac duyur, amma əllərində kifayət qədər pul olmadığından mənzilə olan tələbatlarını ödəyə bilmirlər. Ona görə də sosial ipotekaların verilməsi məqsədəuyğundur. Hazırda sosial ipotekaların verilməsi realdır. Qeyd edim ki, dövlət büdcəsindən bu məqsədlə 34 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsaitin bir hissəsi sosial ipotekaya yönəldilə bilər. 34 milyon manatın vətəndaşların ehtiyaclarını nə dərəcədə ödəyə biləcəyinə gəldikdə isə, bu, bir qədər çətin məsələdir. Hazırda Mərkəzi Bank hökumətə müraciət edib ki, 34 milyondan 12 milyon manatı İpoteka Fonduna köçürülsün. Yerdə qalan 22 milyon manat da ipoteka kreditləşməsinə yönəlsə, bu, cəmi 20 ədəd evin puludur. Amma gəlin razılaşaq ki, bu gün Azərbaycanda sosial ipoteka almağa ehtiyacı olan 10 minlərlə ailə var. Əlbəttə, ədalət naminə onu da demək lazımdır ki, ehtiyacı olan ailələrin hamısını sosial ipoteka ilə təmin etmək mümkün deyil. Ümumiyyətlə, bu, iqtisadi cəhətdən də düzgün olmazdı?. İqtisadçı-ekspert onu da bildirib ki, hökumət sosial ipoteka kreditlərinə yönəldilən vəsaitlərin həcmini artırmalıdır: ?Bu işə nəin ki, hökumət, digər mənbələr də cəlb edilməlidir. Eyni zamanda, sosial ipotekaların verilməsi zamanı maksimum hədd artırılmalıdır. İndiki halda 50 min manat çox az vəsaitdir. Bundan əlavə, ipoteka krediti götürərkən girov şərti yumşaldılmalıdır. Daha çox ehtiyacı olan insanların ipoteka krediti əldə etməsi üçün real mexanizm işlənilməlidir. Vətəndaşlara kreditlər verilərkən ağır tələblər qoyulmamalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA