KTN-nin proqnozları özünü doğrultmur: unun qiymətində bahalazma müzahidə edilir

img

09-06-2009 [03:09]


?Çörəyin çəkisinin azalması, bu məhsulların qiymətlərinin artmasından xəbər verir. Heç kimə sirr deyil ki, Azərbaycan özünü təmin edə biləcək qədər buğda istehsal etmir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın bəzi rayonlarında unun kisəsinin 14,2 faiz bahalaşmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) buğda istehsalı ilə bağlı verdikləri proqnozlar reallığa uyğun deyil: ?Keçənilki buğda idxalını nəzərə alsaq görərik ki, ölkəmizin daxili bazarı yalnız idxalın hesabına ödənir. Ölkədə istehsal edilən buğda ola bilsin ki, maldarlıqda yem kimi istifadə olunur. Ona görə də demək istəyirəm ki, KTN-nin buğda istehsalı ilə bağlı statistik göstəriciləri həqiqətə uyğun deyil. Statistikaya görə, ölkəmizdə keçən il 1 milyon 700 min tondan artıq buğda istehsal edilib. Ölkə əhalisinin isə 1 milyon 400 min ton buğda-çörək məhsullarına olan tələbatımızı ödəyir. Ona görə də indidən bu sahə üzrə nikbin proqnozlar vermək düzgün deyil?. Bir çox yerlərdə unun qiymətlərinin artmasına gəlincə, ekspert bunun daha çox mayın 1-dən ölkəyə gətirilən un və un məhsullarına əlavə dəyər vergisinin (ƏDV) yenidən tətbiq olunması ilə bağlı olduğunu deyib: ?Ötən il buğda qıtlığı baş verəndə hökumət rəsmiləri Qazaxıstan və Rusiya ilə un danşıqlarına başladı. Həmin vaxt isə bu sahədə müsbət irəliləyişlər əldə edilməmişdi. Bu nöqteyi-nəzərdən də hökumət un və un məhsullarına tətbiq edilən ƏDV-ni götürdü. Sonradan Kənd Təsərrüfatı Nazirliyi belə bir statistik məlumatlar verdi ki, guya Azərbaycan kifayət qədər taxıl istehsal edib və ƏDV tətbiq edilməlidir ki, istehsal olunan buğda daxili bazarda satılsın. Mayın 1-dən ƏDV yenidən tətbiq edildi. Daxili bazarda buğdanın olmaması və ya daxili bazarda buğdanın baha olması demək olar ki, həmin məhsulun qiymətinə təsir etdi. Bundan əlavə, ƏDV idxal olunan buğdanın və unun da qiymətinə təsir göstərərək 18 faiz artıb. Bu da öz növbəsində bazara birbaşa təsir etməlidir. Bir məqamı da nəzərinizə çatdırım ki, hazırda dünya bazarında məhsuldarlıq az gözlənilir. Ona görə də qiymətlərin bir müddət qalxması qaçılmazdır?. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bu yaxınlarda un və un məhsullarının qiymətlərində heç bir artımların olmayacağını deyib. Onun sözlərinə görə, qarşıdan gələn taxıl mövsümü ilə bağlı yüksək məhsuldarlıq gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA