Tikinti zirkətləri hələlik ipotekaya ciddi maraq göstərmirlər

img

09-06-2009 [12:50]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi 2009-cu ilin may ayının sonuna Bakı şəhəri üzrə ilkin bazarla bağlı hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, tikintisi davam etdirilən yeni tikilililərin sayı keçən aydakı 454 ədədə qarşı 455 ədəd olub. Ötən ay hesabata daxil olan bir yeni bina Binəqədi rayonunda qeydə alınıb. Araşdırmalar göstərir ki, tikintinin tempində nəzərəçarpacaq geriləmə davam etməkdədir. Ay ərzində heç bir binada son satış tamamlanma işləri başa çatmayıb. Beləliklə, may ayında ümumi tikinti portfelində rayonların payı aşağıdakı formada olub. Verilən məlumata görə, yuxarıda qeyd edilən 455 binanın inşası 178 tikinti təşkilatı tərəfindən aparılır: ?Qeyd edək ki, keçən ay da 454 binanın tikintisi 178 tikinti şirkəti tərəfindən həyata keçirilirdi. Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 62,2 faiz təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməmişdir. Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti aprel ayı ilə müqayisədə may ayı ərzində daha 1,7 faiz azalaraq 987 $/kv.metrdən 970 $/kv.metrə enib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 6,4 bənd azalaraq 368.3 bəndində qərarlaşıb. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı nəticədən (1,7%) artaraq 123,8 kv.m-ə enib. Orta blok göstəricisi keçən aydakı kimi 2,4 blok təşkil edib, orta mərtəbə göstəricisi də ötən aydakı kimi dəyişməz qalıb (15,1 mərtəbə)?. Hesabatda o da bildirilib ki, may ayında da ilkin bazar üzrə heç bir rayonda əvvəlki ayla müqayisədə qiymət artımı qeydə alınmayaraq, bütün rayonlar üzrə müxtəlif qiymət azalması müşahidə edilib: ?İpoteka kreditlərinin bərpası, daha doğrusu, bu istiqamətdə aparılan müzakirələrin aktivliyi ilkin bazarda nisbi aktivlik yaratsa da, bu özünü qiymətlərdə və bağlanan əqdlərin dinamikasında göstərməyib. Kreditin həcminin azlığı bir çox nüfuzlu tikinti təşkilatlarını ipotekadan kənarda qoyub ki, bu da tikinti şirkətlərinin ipotekaya o qədər də ciddi maraq göstərməməsi ilə yadda qalıb. Aparılan araşdırmalar göstərir ki, tikinti şirkətlərinin əksəriyyəti ipotekanın bu mərhələsindən müsbət irəliləyiş gözləmirlər?. Məlumata görə, yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edir. ?5 otaqlı mənzillər əsasən şəhərin I zonasında üstünlük təşkil edir. 1 otaqlı mənzillər isə daha çox III zonanın payına düşür. May ayında 1 otaqlı mənzillərin orta sahəsi 60,9 kv.metr (dəyişməyib), iki otaqlı mənzillərin orta sahəsi 93,2 kv.metr (azalma 0,4%), 3 otaqlı mənzillərin orta sahəsi 135,5 kv.metr (artım 0,4%), 4 otaqlı mənzillərin orta sahəsi 185,0 kv.metr (artım 0.9%), 5 otaqlı mənzillər üzrə isə orta sahə 253,4 (artım 1,3%) kv.metr təşkil etmişdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA