Azərbaycanda tibbi sığorta tətbiqi imkanları müzakirə edilib

img

08-06-2009 [03:57]


[b]Vüqar Bayramov: ?2010-cu ildən ölkəmizdə məcburi tibbi sığorta tətbiq edilə bilər?[/b] İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə iyunun 6-da Tərtər rayonunda səhiyyə işçiləri üçün tibbi sığorta mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə açan İSİM-in İdarə Heyətinin Sədri, iqtisad elmləri namizədi Vüqar Bayramov layihədə nəzərdə tutulan fəaliyyətlər haqqında məlumat verərək bildirib ki, 2008-ci ildə 11 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ?2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı?nın təsdiq edilməsi barədə qərar qəbul olunub: ?Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası ?na görə, səhiyyəyə ayrılan dövlət vəsaitlərindən istifadədə səmərəliliyin yüksəldilməsinə nail olmaq üçün bu sahədə əsaslı islahatların aparılması mühüm əhəmiyyət kəsb edir. Səhiyyənin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiq olunması səhiyyə islahatlarının əsas istiqamətlərindəndir. İSİM rəhbəri onu da əlavə edib ki, indi əksər ölkələrdə tibbi sığorta sistemi tətbiq olunur. Onun sözlərinə görə, həmin ölkələrdə insanlar öz sağlamlıqlarını sığorta etdirir, xəstələnəndə isə müalicənən pulunu həmin sığorta şirkəti ödəyir: ?1999-cu il ildə Azərbaycanda İcbari Tibbi Sığorta haqqında qanun qəbul edilib. İcbari tibbi sığorta ilə baza xidmətlər paketi büdcədən maliyyələşən və imtiyazlı əhali kateqoriyası üçün sığorta məbləğinin mərkəzləşmiş formada dövlət tərəfindən ödənilməsi məsələsi nəzərdən keçirilir. Hazırda minimum səhiyyə xidmətlərinin müəyyənləşdirilməsi üzrə də işlər davam etdirilir. Dünyanın əksər ölkələrində sığorta təbabəti həm özəl, həm də tamamilə dövlət maliyyələşdirilməsi ilə müqayisədə üstünlük təşkil edir. Səhiyyə sahəsinə cəmiyyət tərəfindən ayrılan resursların kəmiyyət və keyfiyyəti, onların səmərəli istifadəsi ölkədə formalaşmış iqtisadi, siyasi, siyasi, mənəvi-etik və digər münasibətlərin mürəkkəb sistemi ilə müəyyən olunur. Vüqar Bayramovun fikrincə, bütün sənaye ölkələrində xərclərin əksər hissəsi ya hökumət, ya da sosial sığorta müəssisələri tərəfindən həyata keçirilir: ?Bütün mövcud səhiyyə sistemləri 3 əsas iqtisadi modeldə əks olunur: 1.Özəl tibbi sığortadan istifadə etməklə bazar münasibətlərinə əsaslanan ödənişli səhiyyə - bazar modeli; 2.Büdcə maliyyələşdirilməsi sisteminə əsaslanan dövlət səhiyyəsi ? dövlət modeli; 3.Sosial sığorta prinsiplərinə əsaslanan və çoxkanallı maliyyələşmə sistemi ilə tənzimlənən səhiyyə sistemi ? sosial-sığorta modeli. Vüqar Bayramov əhaliyə göstərilən tibbi xidmətlərin şərti olaraq iki hissədən ibarət olacağını nəzərə çatdırıb. Onun sözlərinə görə, bunlardan birincisi icbari sığorta, yəni baza zərfinə daxil olan xidmətlər, ikincisi, bunlardan əlavə digər tibbi xidmətlərdir: ?Baza zərfinə daxil olan xidmətlərin pulunu Nazirlər Kabineti yanında yaradılmış dövlət agentliyi ödəyəcək. Bura həm vətəndaşların sığorta üçün ödədiyi pullar, həm də dövlət büdcəsindən ayırmalar daxil olacaq. İcbari tibbi sığortanın məğzi ondan ibarətdir ki, vətəndaş hər il tibbi sığorta üçün müəyyən məbləğ ödəyir və həmin il ərzində müəyyən tibbi xidmətlərdən pulsuz istifadə edə bilir. Qalan xidmətlərin pulunu isə vətəndaşlar özləri ödəyəcəklər. İstənilən tibb müəssisəsinə müraciət edə biləcək əhaliyə hər iki növ xidmət üçün sığorta vəsiqəsi veriləcək. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslər tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda tibbi sığorta təşkilatı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir. Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı sığorta olunan və ya sığorta edən qarşısında məsuliyyət daşıyır. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tibbi sığorta təşkilatları səhiyyə sisteminə daxil deyil. Tibbi sığorta təşkilatından vergi tutulması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Tibbi sığorta sistemində mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri sığorta olunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənəd vermək hüququna malikdirlər. 2010-cu ildən isə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi artıq mümkündür?. Sonda tədbirdə mərkəzin ekspertləri Yaşar Zeynalov və Kənan Kərimzadə çıxış edərək mövzu barədə ətraflı məlumat veriblər. Müzakirələrdə Tərtər Səhiyyə Şöbəsinin Müdiri Yaşar Hüseynov, rayon irca hakimiyyətinin nümayəndələri, həkimlər çıxış edərək onları maraqlandıran məsələlər ilə bağlı suallarını verdilər. Növbəti tədbir iyunun 17-də Salyan rayonunda təşkil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA