?Dünya ölkələri bilsə, Azərbaycanda bu cür gəlir var, o ölkələr əmanətlərinin bir hissəsini bizim banklarda yerləzdirə bilərlər?

img

05-06-2009 [06:50]


?Azərbaycanda əmanətlərin sığortalanma həddinin yuxarı qaldırılmasına ehtiyac yaranmışdı. Əgər 2009-cu ilin əvvəlində Azərbaycan banklarında əhalinin 1 milyard 903 milyon manat əmanəti var idisə, aprel ayının 1-də artıq bu göstərici 1 milyard 772 milyon manata düşüb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin sədr müavini Vüsal Qasımlı deyib. V.Qasımlının bildirdiyinə görə, artıq aprel ayından əhalinin əmanətlərinin sığortalanan həddinin yuxarı qaldırılması ilə bağlı rəsmi bəyanatlar səsləndirildi. Bundan sonra əmanətlərin artım istiqamətinə yönəldilməsi hiss olunur. Əgər aprelin 1-də əmanətlərin həddi 1 milyard 772 milyon manat idisə, may ayında 1 milyard 865 milyon manata çatıb: ?Bu tendensiya davam edir. Hesab edirəm ki, əhalinin banklara inamı artıb. Əgər belə olmasaydı, bu, göstərilən rəqəmdə özünü biruzə verərdi?. İqtisadçı-ekspertin dediyinə görə, böhran başlayandan sonra Litvada əmanətlərin sığortalanan hissəsini 100 min avroya, Latviyada isə 50 min avroya çatdırdılar. Qazaxıstan və Rusiyada bu rəqəm təxminən 20-30 min dollar civarında oldu. Azərbaycanda isə bunu 30 min manata çatdırdılar: ?Mən düşünürəm ki, bu müsbət haldır. Əhali və xüsusən də böyük əmanət sahibləri heç bir tərəddüt etmədən öz vəsaitlərini banklarda yerləşdirmək imkanlarına malik olcaqlar. İndi əmanətlərin sığorta fonduna təxminən 22 milyon manat vəsait toplanılıb. Bu da ən azı 17 bankın əmanətindən çoxdur. Yəni 17 bank iflasa uğrasa belə, əmanətlərin sığorta fondunun hesabına onu ödəmək mümkündür. Azərbaycanda qorunan əmanətlər üçün tətbiq ediləcək maksimum faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı banklar tərəfindən cəlb edilən əmanətlərinin 80 faizdən artıq hissəsi hansı faizlə qəbul edilibsə, həmin faiz dərəcəsi Mərkəzi Bankla razılaşdırılmaqla əmanətlərin sığortalanması fondunun himayəsi ilə təsdiq ediləcək. Yəni bu onu göstərir ki, əmanətlərin yuxarı həddi ilə də problem olmayacaq və bu da imkan verəcək ki, əhalinin banklara inamını bərpa edə bilsin. Əgər daxili imkanlar hesabına normal şəkildə əmanət cəlb olunacaqsa, o zaman banklar sərbəst vəsaitlərlə daha yaxşı təmin ediləcək?. İqtisadçı-ekspert onu da bildirib ki, əmanətlərin sığortalanması baxımından Azərbaycan MDB ölkələrindən öndədir: ?Əgər biz bunu düzgün şəkildə təbliğ edə bilsək, kənardan da ?isti pullar?ı ölkəmizə cəlb edə bilərik. Bu gün Azərbaycanda deflyasiya prosesinin getməsinə baxmayaraq, əmanətlərin real gəlirlilik həddi çox yüksəkdir. Yəni dünya ölkələri bilsə ki, Azərbaycanda bu cür gəlirlilik var, o ölkələr əmanətlərinin bir hissəsini bizim banklarda yerləşdirə bilərlər?. V.Qasımlının fikrincə, əmanətlərin 30 min manatadək sığortalanması bütün ölkə banklarına şamil ediləcək: ?Sadəcə, burada söhbət əmanətlərin sığorta fondunun üzvü olan banklardan gedir. Azərbaycanda üzdə olan bankların əksəriyyəti fondun üzvüdür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA