Azər Mehtiyev: ?Kommersiya ipotekasının tətbiqi evlərin qiymətinin qaldırılması üçün vasitə rolunu oynayır?

img

04-06-2009 [06:12]


?Azərbaycanda sosial ipoteka krediti mexanizmi tətbiq ediləndə bu mexanizmin uzun sürməyəcəyi məlum idi. Çünki onun tətbiq olunduğu sosial qruplar tam əhdudlaşdırılmamışdı. Əslində, orada çox ciddi meyarların işlənməsinə ehtiyac var idi?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə aıçqalamsında ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyinin sədri Azər Mehtiyev deyib. A.Mehtiyevin sözlərinə görə, sosial ipoteka mexanizminin tətbiqi zamanı hökumətin əvvəldən çox ciddi tədqiqat aparmasına ehtiyacı var: ?Bu gün mənzilə tələbatı olan vətəndaşlar müəyyənləşdirilməlidir. Birinci mərhələdə sosial ipotekanın tətbiqi zamanı kifayət qədər nümunələr var ki, o evləri təkcə evə ehtiyacı olanlar deyil, imkanı olan digər insanlar da almaq fürsəti əldə edirlər. Belə olduğu halda isə evi icarəyə vermək və digər məqsədlər üçün istifadə edirlər. Bu baxımdan, sosial ipotekanın tətbiq olunacağı təqdirdə, onun həqiqətən də geniş mənada evə ehtiyacı olanların sosial ehtiyaclarını ödəyə biləcəyi bir qədər şübhə doğurur. Biz əvvəl də demişdik ki, bu mexanizm özü-özlüyündə əhalinin evə olan ehtiyacını ödəməkdən daha çox bazarda evlərin qiymətinin qalxmasında böyük rol oynayır. Artıq açıq-aşkar görünür ki, kommersiya ipotekasının tətbiqi evlərin qiymətinin qaldırılması üçün vasitə rolunu oynayır. Eyni zamanda, bu ipotekanın əhatə dairəsinin məhdudlaşdırılması və xüsusən, onun yalnız yeni tikilən mənzillərə aid edilməsi, bu tikinti sektorunda olan inhisarçılığın bir qədər gücləndirilməsinə xidmət edir?. İqtisadçı-ekspert onu da bildirdi ki, ipotekaya buraxılan vəsait o qədər də böyük həcmdə deyil: ?Ona görə də bazara elə də böyük təsir etmək iqtidarında olmayacaq. Sosial ipotekanın tətbiqinin cəmiyyətdə hallandırılması maraq mövzusu olmamalıdır. Çünki sözün həqiq mənasında evə ehtiyacı olan və imkansız ailələr bunun hesabına ev ala bilmirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA