Daxili ticarətdə korrupsiya hallarına qazı təkliflər səsləndiriləcək

img

03-06-2009 [03:24]


?Azərbaycan Tacirlər və İstehsalçılar? İctimai Birliyi Prezident Yanında QHT-lərə Dəstək Şurasının maliyyə dəstəyi ilə ?Daxili ticarətdə korrupsiya halları, onları törədən səbəblər və həlli yolları? adlı layihəsini davam etdirir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında sözügedən Birliyin sədri Sevgim Rəhmanov məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində tacirlər arasında korrupsiyanı törədən əsas səbəblərin hansı amillər olduğuna dair sorğular keçirilir: ?Layihə çərçivəsində tacirlər arasında maarifləndirmə istiqamətində də işlər aparılır, tacirləri maraqlandıran bəzi məsələlərə aydınlıq gətirməyə çalışırıq. Aparılmış sorğuların nəticəsində dövlət təşkilatları,QHT-lər və sahibkarların iştirakı ilə konfrans keçirəcəyik. Konfransda sorğunun nəticələri açıqlanacaq və konfrans itirakçılarına daxili ticarətdə korrupsiya hallarının aradan qaldırılmasına dair təkliflər irəli sürəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA