Vətəndazların pensiyalarla bağlı zikayətləri artıb

img

02-06-2009 [05:39]


Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fonduna 6416 adda sənəd daxil olub. Fondun mətbuat katibi Elman Babayevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, daxil olan sənədlərdən 3647-si xidməti məktublar, 2769-u vətəndaşların göndərdiyi təklif, ərizə və şikayətlər olub. 2009-cu ilin birinci rübündə fonda daxil olan məktubların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Belə ki, ötən ilin birinci rübündə DSMF-a 4945 sənəd daxil olub. Bu il vətəndaşlara aid olan şikayət və müraciətlərin sayı ötən ilin müafiq dövründəkindən 935 ədəd çox olub. Fondun araşdırmaları göstərib ki, bu ilin ilk üç ayı ərzində vətəndaşlardan daxil olan müraciətlərin əsas məzmunu pensiyaların hesablanmasından (900 ədəd), artırılmasından (412 ədəd), ödənişindən (343), pensiya işi ilə bağlı (327 ədəd), təqaüdlərin azlığından (238 ədəd) ibarət olub. Bu ilin birinci rübündə DSMF-a daxil olan müraciətləri daha çox Bakı, Sumqayıt, Gəncə şəhərləri, Cəlilabad, Masallı, Biləsuvar, Hacıqabul, Qəbələ, Quba, Şəki rayonlarında yaşayan təqaüdçülər göndəriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA