ilin sonuna kimi dünya iqtisadiyyatında sabitləzmə yarana bilər

img

02-06-2009 [05:31]


?Neftin qiymətinin fundamental əsası dünya iqtisadiyyatının inkişaf tempi ilə bağlı olmalıdır. Dünyada böhranın dərinləşmə tempinin aşağı düşməsi enenrji daşıyıcılarına olan tələbatın yavaş-yavaş bərpa olunması deməkdir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İqtisadi Tədqiqatlar Mərkəzinin sədr əvəzi Vüsal Qasımlı son zamanlar dünya birjalarında neftin qiymətinin artmasına münasibət bildirərkən deyib: ?Hələki dünya iqtisadiyyatında durğunluq davam edir. Biz bunu ABŞ iqtisadiyyatında və ?General Motors?un timsalında görə bilərik. Amma bütün hallarda nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında böhran bir qədər zəifləyir. Bu onu göstərir ki, ilin sonuna və gələn ilin əvvəllərinə kimi dünya iqtisadiyyatında sabitləşmə yaranacaq?. İqtisadçı-ekspert onu da bildirdi ki, son günlər dolların qiyməti aşağı düşməkdə davam edir. Onun sözlərinə görə, belə olan halda, neftin qiymətinə müsbət təsir göstərir: ?Bundan əlavə, neft ixrac və idxal edən ölkələr arasında bir centelmen razılaşmasıdır ki, ola bilsin, qiymətlər bu ilin sonuna kimi 60-80 dollar intervalında olsun. Neft ixrac edən ölkələr də hazırda böhrandan əziyyət çəkirlər. Hətta Səudiyyə Ərəbistanı, Rusiya kimi ölkələrdə artıq defsitlər yaranır və ya ciddi problemlər müşahidə edilir. OPEK-in son toplantısında hasilat tempinin aşağı salınmaması onu göstərir ki, artıq burda daha çox psixoloji faktorlar mühüm rol oynayır, nəin ki, iqtisadi faktor?. V.Qasımlının fikrincə, neftin qiymətinin artması Azərbaycanda neft məhsullarının qiymətinə o qədər də təsir göstərməyəcək: ?Çünki Azərbaycan neft ixrac edən ölkələrdəndir. Azərbaycanda xam neftin, neft məhsullarının topdan satış qiymətinə aksiz vergilərin dərəcəsi, o cümlədən əlavə dəyər vergisi Tarif Şurasının qərarı ilə tənzimlənir. Ancaq dünyada əks proses gedəcək. Çünki neft idxal edən ölkələrdə neft məhsullarının qiyməti dünya bazarında xam neftin qiymətindən birbaşa asılıdır. Yəqin ki, həmin ölkələr öz daxili qiymətlərinə müəyyən düzəlişlər edəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA