Maliyyə böhranı qaçqın və məcburi köçkünlərlə bağlı layihələrə təsir etməyib

img

01-06-2009 [04:42]


?Maliyyə böhranı qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə heç bir təsir etməyib. Hazırda bununla bağlı nəzərdə tutulan işlər qrafikə uyğun olaraq davam etdirilir?. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat departamentinin direktoru Sənan Hüseynov Müstəqil İnformasiya Agentliyinə məlumat verib. Onun sözlərinə görə, Bakı şəhərində məcburi köçkünlər üçün tikilən yaşayış evlərinin inşası davam etdirilir: ?Hazırda mühüm dövlət obyektlərində yaşayan məcburi köçkünlərin köçürülməsi üçün Dərnəgül qəsəbəsində 6 hündürmərtəbəli bina inşa edilir. Həmin binalarda 363 məcburi köçkün yerləşdiriləcək. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılmasını nəzərdə tuturuq. Çalışacayıq ki, mühüm obyektlərdə məskünlaşan ailələri ilin sonunadək həmin binalara köçürək. İlk öncə isə Səttarxan adına zavodun yarımçıq binasında məskunlaşan ailələr köçürüləcək?. S.Hüseynovun sözlərinə görə, yaxın vaxtlarda məktəb və hərbi hissələrdə məskunlaşan köçkünlər üçün də yaşayış binalarının tikintisinə başlanılacaq: ?Hazırda Fin qəsəbələrində yaşayan məcburi köçkünlər üçün evlər tikilir. Respublikamızda 15 Fin qəsəbəsi var ki, həmin qəsəbələrdə 6227 ailə məskunlaşıb. Həmin qəsəbələrdə məskunlaşan köçkünlər əsasən məskunlaşdıqları ərazilərdə tikiləcək evlərdə yerləşdiriləcək. Hazırda onlar üçün Goranboy rayonunda 596, Şəkidə 272, Saatlıda 539, Ağcabədinin Taxtakörpü ərazisində 313, Sabirabada 807 ailəlik qəsəbə tikiləcək. Həminçinin, Bərdədə 195, Füzulidə 612, Ağcabədi də 681, Ağdamda 651, İmişlidə 959 ailə üçün qəsəbə salınacaq. Mingəçevirdə 98 ailə, Yevlaxda isə 404 ailə üçün hündürmərtəbəli bina tikilməsi nəzərdə tutulur. İkinci mərhələdə orta məktəb, uşaq bağçaları və hərbi hisələrdə olan məcburi köçkünlər üçün evlər tikiləcək. Hazırda respublikanın ayrı-ayrı ərazisində 2768 ailə orta məkiəblərdə məskunlaşıb. 1479 ailə Müdaifə Nazirliyinin faliyyətdə olan hərbi hissələrində yaşayır. Orta məktəb və hərbi hissələrdə məskunlaşan köçkünlər üçün Şəkidə 51 ailəlik, Ağcabədidə - Taxtakörpü ərazisində 114, Bərdədə 866, İmişlidə 24, Saatlıda 109, Ağdamda 38, Ağdaşda 21 ailəlik qəsəbələr salınacaq. Yaxın vaxtlarda həmin qəsəbələrin tikintisinə başlanılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA