Sığortaolunanların sayı 1.552 439 nəfərə çatıb

img

01-06-2009 [04:38]


Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, ilin əvvəlindən indiyədək fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanlardan 62 439 nəfər sosial sığortaya cəlb edilib. Hazırda fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1.552 439 nəfərdir. Onlardan 846 353 nəfəri kişi, 706 086 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan sığortaolunanların sayı 434.338 nəfərdir. Bundan başqa, 30 yaşa kimi sığortaolunan vətəndaşların sayı 358 902 nəfər, 30-40 yaşa kimi 347.473 nəfər, 50-60 yaşa kimi 293.346 nəfərdir. Sığortaolunanların 118.380 nəfəri 60-dan yuxarı yaşı olanlardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA