Bu ay avtomobil bazarında aktivlik müzahidə edilib

img

29-05-2009 [11:59]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi (?ƏBİ? İB) 2009 aprel ayı üzrə təkrar avtomobil bazarı ilə bağlı hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, aparılan monitorinqin nəticələrinə görə, aprel ayında avtomobil bazarında aktivlik qeydə alınıb. ?ƏBİ?-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, mart ayında avtomobil bazarında aparılan islahatların yekunlaşması, təkrar bazarın bir mərkəzdə cəmləşməsi bazarın bu seqmentində dinamikaya ciddi təsir göstərib: ?Ekspertlər bazarın bu seqmenti üzrə qeydə alınan aktivliyi əsasən mövsümi amillərlə bağlayırlar. Ötən ay martla müqayisədə təklif üzrə azalma 9,9% təşkil edib. Araşdırmalar göstərir ki, ölkəyə avtomobil idxalı zəiflədiyindən bu özünü ümumi təklif portfelində göstərib. Təklifin azalmasına baxmayaraq, tələbdə artım (3,4%) qeydə alınıb ki, bu da bağlanan əqdlərin dinamikasının artmasına müsbət təsir göstərib (4,4%). Ay ərzində bazarda orta qiymət dəyişməz qalmış və mart ayında olduğu kimi 16240 ABŞ dollarına bərabər olmuşdur. Hesabatda o da bildirilir ki, bazarda müşahidə olunan aktivlik avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını ala bilməyib: ?Mart ayında ekspozisiya müddəti daha 1 gün artaraq 89 günə çatıb. Müvafiq olaraq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi bir qədər də aşağı düşüb. Aprel ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 6200-ə qədər avtomobilin cəmi 37%-i bazara məhz aprel ayı ərzində təklif olunub. Qalan 63%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bundan əlavə, avronun dolları üstələmə tendensiyası idxal olunan avtomobillərin qiymətlərində də özünü göstərib. Avtomobillərin satış qiymətləri artmasa da, sahibkarlar xarici valyutaların denaminasiyasından əziyyət çəkdiklərini gizlətmirlər. Bu tendensiyanın qarşıdakı aylarda davam edəcəyi təqdirdə qiymətlərin artacağı istisna olunmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA