Gədəbəydə qızıl-mis emalı zavodunun fəaliyyətə bazlayıb

img

26-05-2009 [07:34]


Qərb bölgəsində olan prezident İlham Əliyev mayın 26-da Gədəbəydə qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə iştirak edib. Dövlət başçısına məlumat verilib ki, 1997-ci ildə Azərbaycanın ?Azərqızıl? Dövlət Şirkəti ilə ABŞ-ın ?R.V. İnvestment Group Services LLC? şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Aparılan tədqiqatlar və analizlər nəticəsində Gədəbəy yatağında təxminən 22 ton qızılın, 192 ton gümüşün və 37 min ton misin olduğu müəyyənləşib. Yataqdaxili ehtiyatlar üzrə 7,6 milyon ton filizdə orta hesabla 1,86 q/t qızıl, 15,9 q/t gümüş və 0,24 faiz mis var. Bu da təxminən 14 ton qızıl, 123 ton gümüş və 22 min ton mis deməkdir. Topa aşındırma texnologiyasından istifadə edərək, bu ehtiyatlardan təxminən 9,8 ton qızıl, 61,5 ton gümüş və 7,7 min ton mis istehsal etmək mümkün olacaq. Zavodun illik orta filiz məhsuldarlığı 1200 tondur. Bildirilib ki, yatağın istismarı zamanı 300-400 adamın işə götürülməsi gözlənilir. Hazırda sahədə 250 nəfər çalışır. Əməliyyat məsrəflərinin Gədəbəy layihəsi üzrə ümumilikdə 88,1 milyon dollar, əsaslı məsrəflərin isə 33,8 milyon dollar olacağı proqnozlaşdırılır. Bu da hasil ediləcək bir ton filizin maya dəyərinin 11,5 dollar və ya istehsal olunacaq 1 unsiya qızılın maya dəyərinin 283,14 dollar olacağı deməkdir. Gədəbəy layihəsi üzrə ümumi gəlirin 229,1 milyon dollar, mənfəətin 107,2 milyon dollar olacağı gözlənilir. İlham Əliyev Gədəbəy qızıl-mis zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə nitq söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA