Tikinti materiallarının qiyməti payız aylarında arta bilər

img

25-05-2009 [06:06]


?Tikinti materialları bazarında satış aktivliyinin aşağı düşməsi prosesi davam etməkdədir. Təbii ki, bu, nəticə etibarı ilə qiymətlərə də öz təsirini göstərir. Ümumiyyətlə, son bir ildə tikinti materialları bazarında qiymətlərin 24 faiz ucuzlaşması müşahidə edilib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?MBA? Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, aprel ayı ərzində qiymətlər nisbətən stabil qalıb: ?Yəni, qiymətlərdə cəmi 0,9 faiz ucuşlama müşahidə olunub. Bu qiymət azalması da əsasən idxal mallarında və daxildə istehsal edilən bəzi tikinti materiallarında daha çoxdur. Nəzərinizə çatdırım ki, bir çox ölkələrdə enerji daşıyıcılarının satış qiyməti dünya birjalarındakı enerji daşıyıcılarının satış qiymətilə paralel dəyişir. Enerji daşıyıcılarının tikinti materiallarının növündən asılı olaraq, payı 20 faizdən, 40 faizə qədər təşkil edir. Ona görə də enerji daşıyıcılarının ucuzlaşması son nəticədə tikinti materiallarının maya dəyərinə azalma istiqamətində təsir göstərib. Təbii ki, əgər maya dəyərində ucuzlaşma varsa, satış qiymətində də azalma var. Daxildə istehsal edilən tikinti materiallarından mişar daşında 7,1 faiz və sementdə azalma müşahidə edilib. Bundan əlavə, dikdə 11,5 faiz, taxtada 7,5 faiz, dvp-də 5 faiz, şivellerdə 5,9 faiz, metal boruda 4,6 faiz, sink dam örtüyü üçün 3,3 faiz azalma müşahidə edilir. Bununla bərabər bəzi tikinti materiallarında qiymət artımları da var. Məsələn, kərpicdə 6 faiz, tikintidə istifadə edilən yoğun məftillərdə 7,3 faiz, şiferdə 9 faizə yaxın, alçipanda 10,9 faiz, izolyasiya materiallarında 6,7 faiz artım var?. N.İbrahimov onu da bildirib ki, tikinti materiallarında qiymətlərin bu cür dəyişkənliyi birbaşa olaraq, tikinti sektoru ilə bağlıdır. Onun qənaətinə görə, payız aylarının başlanğıcında müəyyən bir aktivlik gözlənilir: ?Aktivliyin gözlənilməsinin səbəbi var. Bildiyiniz kimi, ipoteka proqramı işə düşmək üzrədir. Bu proqramın əsas təyinatı ilkin bazarın aktivləşməsinədir. Yəni, ayrılan kreditlər əsasən bu sektora yönəlib. İkinci tərəfdən, dünyada da tikinti materiallarında payıza doğru qiymət artımı gözlənilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA