Qida zəhərlənmələri artıb

img

25-05-2009 [04:35]


Bakı bazarlarında yay mövsümündə yetişməli olan bütün meyvələri tapmaq olar - ərik, gilas, gilənar, çiyələk, yemiş qarpız, pomidor, xiyar, lobya və s. Meyvə-tərəvəzin çoxu xaricdən gətirilsə də, satışda yerli məhsullar da var. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatlarına görə, son vaxtlar əhali arasında qida zəhərlənmələrinin sayı artıb. Rəsmi statistikadan belə məlum olur ki, zəhərlənmələrin çoxu meyvə-tərəvəzdən istifadə nəticəsində baş verir. Təkcə may ayı ərzində 50-dən çox qida zəhərlənməsi qeydə alınıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsenyovun sözlərinə görə, zəhərlənmələrin səbəblərindən biri bazarlarda dərmanların köməyilə vaxtından əvvəl yetişdirilən meyvə-tərəvəz, bostan məhsallarının satılmasıdır. Həmin məhsullar saxlanılarkən də dərmanlardan istifadə olunur. Əksər istehsalçılar üçün başqalarının sağlamlığı əhəmiyyət daşımır, onlar daha tez və çox məhsul satıb pul qazanmaq istəyirlər. E.Hüseynovun sözlərinə görə, aidiyyatı dövlət qurumları bazarlarda satılan məhsulların necə yetişdirilməsi, saxlanılması ilə maraqlanmalı və müvafiq tədbirlər görülməlidir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev vətəndaşları ehtiyatlı olmağa çağırır. Onun fikrincə, ən təhlükəsizi hər meyvə-tərəvəzi onun yetişdiyi mövsümdə yeməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA