Natiq Əliyev: ?Azərbaycan Türkiyəyə təbii qazı dünya qiymətlərinə uyğun satacaq?

img

22-05-2009 [05:21]


?Azərbaycan Türkiyəyə satdığı təbii qazın qiymətinin dünya bazarındakı qiymətə uyğun olmasında israrlıdır?. Bu fikirləri bu gün Yeni Azərbaycan Partiyasında keçirilən ənənəvi mətbuat konfransında sənaye və energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, hazırda tərəflər arasında qiymət məsələsində yekun razılıq əldə olunmayıb, müzakirələr isə davam etdirilir. Danışıqlar davam etdiyindən dəqiq qiymət barədə qabaqcadan proqnoz verməyi düzgün hesab etməyən nazir bununla bağlı hər hansı rəqəm açıqlamadı: ?Türkiyə 4 ölkədən ? Azərbaycan, İran, Rusiya və Əlcəzairdən qaz alır. Misal üçün, ötən il Rusiya qazı Türkiyəyə 450-500 dollara başa gəlib. Azərbaycanın Türkiyəyə satdığı təbii qazın hər min kubmetrinin qiyməti isə cəmi 120 ABŞ dollar olub. İndi biz çalışırıq ki, qiymətlər mövcud bazar qiymətləri ilə uzlaşsın?. N.Əliyev ?Şahdəniz? layihəsinin ikinci mərhələsində hasil ediləcək qazın hansı həcmdə Türkiyəyə nəqli məsələsinin də müzakirə predmetinə çevrildiyini deyib. NABUCCO-nun gələcək taleyi ilə bağlı sualı cavablandıran hökumət rəsmisi layihənin reallaşmasının digər layihələrlə müqayisədə daha mürəkkəb olduğunu bildirib: ?NABUCCO ilə bağlı müzakirələrin xeyli vaxtdır aparılmasına baxmayaraq, bəzi məsələlər bu günədək həllini tapmayıb. Layihənin reallaşması ilə bağlı dövlətlərarası sazişlər və tranzit sazişləri yoxdur. Yalnız iyunun sonunda Türkiyə və Avropa İttifaqı arasında layihənin reallaşdırılmasına dair sazişin imzalanacağı gözlənilir. N.Əliyev bildirdi ki, Rusiya ilə Azərbaycan arasında təbii qazın alqı-satqısına dair danışıqlar davam etdirilsə də, nəticə yoxdur: ?Rusiyanın ?Qazprom? şirkəti Azərbaycan qazını sərhəddə və Avropanın bazar qiymətlərinə uyğun almaq niyyətindədir. Müzakirələr əsasən qazın həcmi və müqavilənin müddəti ilə bağlıdır. Söhbət 1 milyard kubmetr qazdan və 2-3 ildən deyil, böyük həcmdən və uzun müddətdən gedir?. Onun sözlərinə görə, Azərbaycan 2009-cu ildə ?Şahdəniz? yatağından 9 milyard kubmetr təbii qaz hasil etməyi planlaşdırır: ?Bu tempdə hasilat ?Şahdəniz? layihəsinin ikinci mərhələsi başlanadək davam edəcək. Bu mərhələdə ?Şahdəniz?dən sutkada 40 min barrel kondensat hasilatı da proqnozlaşdırılır?. Nazir cari ildə 46 milyon ton neft hasilatının nəzərdə tutuduğunu da dedi: ? Azərbaycanın potensialı illik neft hasilatını 65 milyon tona çatdırmağı və bir müddət hasilatı sabit saxlamağa imkan verir. Bundan əlavə bizim daha böyük miqdarda perspektivli strukturlarımız var?. Yaxın 10-15 ildə Azərbaycan sənayesinin neft-qaz amilindən asılılığının davam edəcəyini söyləyən N.Əliyevin sözlərinə görə Azərbaycanın enerji ixracatçısı olan bir dövlətə çevrilib. Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsinə, daxili bazarın qorunması və biznes şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. N.Əliyevin fikrincə, Azərbaycan yaxın perspektivdə elektrik enerjisi istehsalını 10 min MVt-a çatdırmağı planlaşdırır. Bunun təxminən 5 min MVt-a yaxın hissəsi daxili təlabata sərf olunacaq, qalan hissəsi isə ixrac ediləcək. Nazir ölkə sənayesinin inkişafı ilə bağlı müvafiq tədbirlərin hazırlandığını dedi. Bununla yanaşı N.Əliyev sənayenin bəzi spesifik sahələrinin, o cümlədən kimya, maşınqayırma və s. inkişafı ilə bağlı ayrıca proqramların hazırlanmasının vacibliyini vurğuladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA