Un və un məhsullarının qiymətində artım müzahidə edilir

img

22-05-2009 [03:28]


Paytaxt mağazalarında apardığımız araşdırmalar zamanı unun qiymətlərində artımın olmasını müşahidə etdik. Xüsusən də ölkədə əsas un istehsalçısı olan ?Karat? və ?Fatoğlu? firmalarının istehsal etdiyi unun qiyməti artıb. Qeyd edək ki, paytaxt mağazalarında unun bir kilosu keyfiyyətindən asılı olaraq, 40 qəpikdən 1 manat arasında dəyişir. Bundan əlavə, unun bir kisəsi əvvəl 10 manat 20 qəpiyə satılırdısa, indi 11 manat 70 qəpikdir. Məsələ ilə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ölkədə unun qiymətinin qalxmasını mayın 1-dən ölkəyə gətirilən un və un məhsullarına əlavə dəyər vergisinin (ƏDV) yenidən tətbiq edilməsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, ƏDV-nin tətbiqindən sonra güman edilirdi ki, xaricdən gətirilən un və un məhsullarının qiymətində artım baş verəcək: ?Ümumiyyətlə, ölkədə un və un məhsullarının qiymətinin artmasının bir çox səbəbləri var. Bildiyiniz kimi, Nazirlər Kabinetinin 2008-ci ilin martında verdiyi qərarla ölkəyə gətirilən un və un məhsulları ƏDV-dən azad edilmişdi. Lakin hökumət yenidən bu ilin may ayından un və un məhsullarına ƏDV tətbiq edilməyə başladı. Təbii ki, ƏDV-nin tətbiq edilməsi un məhsullarının qiymətinə təsirsiz ötüşməyə bilməz. Əgər hər hansı bir məhsulun xərci 18 faiz artırsa, bu, avtomatik olaraq onun qiymətinə təsir göstərməlidir. Digər səbəb də ondan ibarətdir ki, artıq mayın 10-dan etibarən, dünya bazarında olan un və un məhsullarının qiymətində artım müşahidə olunur. Bu, mövsümü amillərlə bağlıdır. Adətən praktiki olaraq may ayından iyun ayının ortalarınadək dünya bazarında un və un məhsullarının qiymətində artım müşahidə edilir. İyunun ortalarından başlayaraq qiymət artırımları azalmalarla əvəzlənir. Bu baxımdan dünya bazarında qiymətlərin 40 faizədək artması ölkəyə gətirilən un və un məhsullarının qiymətlərinə müəyyən mənada təsir göstərir. Digər səbəb isə, Rusiyanın taxıl ixracında problemlərinin yaranmasıdır. Heç kimə sirr deyil ki, Rusiya dünyanın ən iri taxıl ixracatçılarından biridir. Rusiyanın taxılından bəzi ölkələrin, o cümlədən Ərəb ölkələrinin imtina etməsi, nəticə etibarı ilə dünya bazarında taxıl qıtlığının yaranmasına səbəb olub. Bu da təbii ki, qiymətlərə təsirsiz ötüşmür. Bundan əlavə, ölkədə keçən il istehsal olunmuş buğda və buğda məhsulları faktiki olaraq istifadə olunub qurtarmaq üzrədir?. İqtisadçı-ekspert onu da bildirdi ki, taxıl mövsümünün başlanması qiymətlərin aşağı düşməsinə səbəb olacaq: ?Adətən mövsümə az qalmış daxili bazarda buğda və buğda məhsullarının qıtlığı müşahidə olunur. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan 2008-ci ildən başlayaraq taxıla olan tələbatının əsaslı hissəsini yerli istehsal hesabına ödəyir. Yəni, son 10 ildə ilk dəfə rekord sayda buğda və buğda məhsulları istehsal olunub. Bundan əlavə, ilk dəfə olaraq kənd təsərrüfatında ikirəqəmli ? 11 faiz artım müşahidə olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatlarına görə, bu il də həmin artım templəri saxlanılacaq. Bu gün dövlət büdcəsindən taxıl əkilən sahənin hər hektarına 80 manat subsidiya verilir. Bu amil də taxılın istehsal xərclərinin azalmasına gətirib çıxarır. Əgər KTN-nin verdiyi proqnozlara inansaq, mövsüm başlandıqdan sonra un və un məhsullarının qiymətlərində azalmalar müşahidə olunacaq. Ancaq hələlik un və un məhsullarının qiymətlərində iyuladək artım olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA