Neft Fondunun icraçı Direktoru isveçrə Milli Bankının nümayəndə heyətini qəbul edib

img

21-05-2009 [05:43]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2009-cu il mayın 21-də İsveçrə Milli Bankının sədri Jan Pier-Rotun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanıb. Jan Pier-Rot Dövlət Neft Fondunun MHŞT-nin tətbiqi sahəsində uğurları, Azərbaycanın bu sahədə tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkə olması münasibətilə Ş. Mövsümovu təbrik etmiş və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd edib. Görüşdə eyni zamanda dünya maliyyə bazarlarındakı mövcud vəziyyət, ölkəmizdə aparılan iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA