Milli Məclisdə 2008-ci il Dövlət Büdcəsinin icrası müzakirə olunub

img

20-05-2009 [03:59]


2008-ci il dövlət büdcəsinin icrası Milli Məclisin iqtsiadi siyasət komissyasında müzakirə olunub. Maliyyə naziri Samir Şərifov bildirib ki, ötən il büdcə gəlirlərinin icrası 102,7 % yerinə yetirilib və xəzinəyə bütün mənbələrdən 10 milyard 763 milyon manat vəsait daxil olub. Hesabat dövründə büdcə xərcləri gəlirlərdən cəmi 11,5 milyon manat çox olub. Başqa sözlə, xərclər 2,6 faiz kəsirlə yerinə yetirilib. Nazir ötən il büdcə və Neft Fondunun vəsaitləri, həmçinin xaricdən cəlb olunan dövlət zəmanətli kreditlər hesabına iqtisadiyyata 5 milyard 389 milyon dollar investisiya yatırıldığını da bildirib. O, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin gücləndirildiyini və bu məqsədlə maliyyə nəzarəti üzrə dövlət xidmətinin yaradıldığını diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA