Kənd Təsərrüfatı Nazirliyi taxıl istehsalı ilə bağlı nikbin proqnoz verir

img

20-05-2009 [12:30]


?Bu il üçün taxıl istehsalının həcminin 2 milyon 960 min ton, buğda istehsalının həcminin isə 2 milyon 180 min ton olacağı gözlənilir. Qeyd edək ki, bu, 2008-ci ilə nisbətən taxıl istehsalının 462 min ton çox olması deməkdir. Ona görə də əhalinin ərzaq buğdasına olan tələbatı daxili istehsal hesabına təmin ediləcəkdir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, bu rəqəmlər özünü doğrultsa, özümüzü taxılla təmin edəcəyik: ?Belə olacağı təqdirdə də, xaricdən taxıl idxalına ehtiyac olmayacaq və hesab edirik ki, əhalinin taxıla olan tələbatını tam ödəyə bilcəyik?. KTN sözçüsü onu da bildirdi ki, qarşıda yüksək taxıl istehsalı gözlənilir: ?Bu il 2008-ci illə müqayisədə taxıl əkini 222 min hektar artmışdı. Bundan əlavə, tək buğda əkini sahəsi 209 min hektar artaraq 807 min hektar təşkil etmişdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA