Azər Mehdiyev: ?Azərbaycan uzaq ölümünə görə zaman-zaman ən pis göstəricilərə malik olub?

img

19-05-2009 [10:28]


Bu gün Media Mərkəzində İqtisadi Təşəbbüslərə Yardım (İTYB)İctimai Birliyi ?Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı?nın icrası vəziyyətinə dair apardıqları monitorinqin nəticələrini açıqlayıb (AJAŞ Xəbər). Qeyd edək ki, sözügedən Tədbirlər Proqramı Nazirlər Kabinetinin 2006-cı il 15 sentyabr tarixli 211 saylı qərarı ilə təsdiq olunub. Proqramın məqsədi ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasıdır. Tədbirdə İTYB-nin sədri Azər Mehdiyev monitorinqin nəticələri barədə danışaraq vəziyyətin heç də ürəkaçan olmadığını bildirib. İqtisadçı ekspert, tədqiqat obyekti kimi götürülmüş illərdə xüsusilə uşaq ölümlərinin sayına görə Azərbaycanın arzuolunmayan mövqedə yer aldığını vurğulayıb. Qeyd edib ki, hətta qonşu Gürcüstan və Ermənistanla müqayisədə də ölkəmiz bu göstəricilər baxımından aşağı pillərərdə qərar tutub: ?Belə ki, 2007-ci ildə 5 yaşına çatmamış uşaqlar arasında ölüm halları hər diri doğulmuş uşağa görə 39 nəfər olub. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri sırasında 77-ci yerdədir. Hansı ki, həmin sıralamaya əsasən Gürcüstan 88, Ermənistan isə 99-cu pillədədir (burada daha əvvəlki yerlərdə olmaq, nəticənin daha ağır olmasını ifadə edir). MDB ölkələrindən yalnız Türkmənistan, Özbəkistan və Tacikstanın göstəriciləri Azərbaycandan daha da pis nəticələri əks etdirir?. 1 yaşınadək körpələr arasında ölüm səviyyəsinə gəldikdə isə, A. Mehdiyev bu rəqəmin hər 1000 diri doğulmuş uşağa görə 34 nəfər təşkil etdiyini diqqətə çatdırıb: ?Lakin Gürcüstanda bu göstərici 27, Ermənistanda isə 22 nəfər səviyyəsində olub?. İTYB sədri daha ciddi məqam kimi ölkəmizdə həm uşaq, həm də ana ölümü hallarının kifayət qədər ciddi qeydiyyata alınmadığını, daha doğrusu, qeydiyyatdan gizlədilmə hallarının çoxluq təşkil etdiyini deyib: ?Bunun səbələrini daha çox səhiyyə müəssisələrində axtarmaq lazımdır. Belə ki, ana və uşaq ölümünün sayı artıq olan səhiyyə müəssisələrinin rəhbərləri işdən çıxarılacağı və ya başqa formada cəzalandırılacaqlarından ehtiyat edərək faktları gizlədir. Ölüm səbəbləri isə araşdırılmır, bütün hallarda günahı həkimlərdə görürlər və son nəticədə cəzalandırılanlar da həkimlər olur?. Azər Mehdiyev, haqqında danışılan Tədbirlər Proqramının icrası üçün ayrılan vəsaitlərin yalnız texniki məsələlər üçün xərcləndiyinə də diqqət çəkib: ?Ayrılan vəsaitlər yalnız obyektlərin təmirinə, tibb müəssisələrinə maşın və avadanlıqların alınmasına, quraşdırılmasına yönəldilib. Halbuki proqramda bir neçə istiqamətdə fəaliyyətlər nəzərdə tutulub. Bura müxtəlif istiqamətli təlimlərin, ixtisasartırma kursların keçirilməsi, maarifləndirmə və təşviqat işlərinin aparılması da daxildir?. Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA