iqtisadi inkizaf naziri Şahin Mustafayev Londonda Azərbaycanda qeyri-neft sektorunun inkizafından danızıb

img

19-05-2009 [07:45]


Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində redaksiyamıza daxil olan melumata görə, 15-16 may tarixində Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının Londonda keçirilmiş 18-ci illik toplantısında iştirak edib. İllik toplantı çərçivəsində nazir Ş. Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti AYİB prezidenti Tomas Mirov, eləcə də Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti xanım Eva Sreyber ilə ayrı-ayrılıqda görüş keçirib. Hər iki görüşdə Azərbaycanın adı çəkilən maliyyə qurumları ilə əməkdaşlığının cari vəziyyəti və perspektivi barədə geniş fikir mübadiləsi aparılıb. Hazırda AYİB xətti ilə Azərbaycanda həyata keçirilən investisiya layihələrinin uğurla həyata keçirildiyi vurğulanıb. Azərbaycanın AYİB-lə əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu nəzərə çatdırılıb. Səfər çərçivəsində ?Azərbaycanda qeyri-neft sektorunun inkişafı? mövzusunda ölkə üzrə təqdimat keçirilib. Təqdimat zamanı ölkəmizdə aparılan iqtisadi islahatlar və inkişaf meylləri, ölkə iqtisadiyyatı üzrə makroiqtisadi və mikroiqtisadi göstəricilər və proqnozlar, əlverişli sərmayə mühitinin yaradılması istiqamətində görülmüş konkret tədbirlər, qeyri-neft sektoruna investisiya yatırılmasının xüsusi ilə təşviq olunması barədə ətraflı məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA