Tikinti materiallarındakı ucuzlazma daha çox idxal məhusllarında qeydə alınır

img

19-05-2009 [07:05]


?Tikinti materialları bazarında qiymət azalması davam etməkdədir. Ötən aylarla müqayisədə təxminən 5 faizə yaxın qiymət azalması mövcuddur. Son dövrlər qiymət ucuzlaşması daha çox idxal məhsulları üzrə qeydə alınır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov deyib. Onun sözlərinə görə, qiymət azalması daha çox dəmir və dəmir məmulatları üzrə müşahidə edilir: ?Eyni zamanda taxta-şalbanın da qiymətində kəskin azalmalar var. Sementin qiymətindəki ucuzlaşmanı nəzərə alsaq, təbii ki, bu da orta qiymətlərin aşağı düşməsinə müəyyən mənada təsir göstərmiş oldu. Belə götürdükdə, tikinti materiallarının hazırki qiyməti təxminən 3 il əvvəlki həddə qədər eynidir. Hesab edirəm ki, tikinti materiallarının qiymətlərinin yay aylarında düşmə tendensiyası davam etsə də, bu, o qədər də ciddi xarakter almayacaq. Tikintinin tempinin yenə də zəif olaraq qalması və ümumiyyətlə, yeni tikililərin ilkin bazarda zəifləməsi tikinti materiallarına olan tələbatı kəskin aşağı salır. Məsələn, tikinti materialları üçün əsas mövsüm hesab olunan mart-aprel aylarında bahalaşma gözlədiyimizin əksinə olaraq ucuzlaşdı. Dünyada başa verən iqtisadi böhran nəticəsində bütün məhsullarda olduğu kimi tikinti materiallarının qiymətində də çox ciddi azalmalar baş verir. Bu proses xarici ölkələrdə bizdən daha dərin xarakter alıb. Amma hesab edirəm ki, yerli məhsulların qiymətlərindəki ucuzlaşmaları sadəcə, idxal məhsullarının qiymətlərindəki kəskin ucuzlaşmaya alternativ addım kimi dəyərləndirmək olar?. R.Osmanovun fikrincə, yerli tikinti məhsullarının qiymətində o qədər də ciddi ucuzlaşmalar müşahidə olunmayıb: ?Ən çox qiymət azalması 2008-ci ilin noyabr ayında qeydə alındı. Həmin ayda bəzi tikinti materiallarının qiymətləri az qala iki dəfəyə qədər endi. Bu hal özünü daha çox xaricdən gətirilən tikinti materiallarında göstərsə də, yerli məhsullardan da yan keçmədi. Məsələn, ?Baku Steel Company? şirkətinin istehsal etdiyi armuturun qiymətində 2 dəfəyə qədər ucuzlaşma müşahidə edildi. Bundan əlavə, sementin qiymətində artıma doğru o qədər ciddi dəyişiklik yoxdur. Ümumilikdə isə son bir ildə tikinti materialları məhsullarında 49,5 faiz qiymət azalması müşahidə edilib. Yerli tikinti materialları üzrə bu rəqəm armatura görə 21 faizdən çoxdur. Xaricdən gətirilən tikinti materialları üzrə isə 27,5 faizdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA