?Parabank? xidmət zəbəkəsini genizləndirməkdə davam edir

img

19-05-2009 [04:11]


?Müştərilərə xidmət şəbəkəsinin genişləndirilməsi strategiyasına əsasən Parabank ən qısa zamanda Bərdə şəhərində yeni filialını açmağı planlaşdırır. Filiala artıq işçi qəbulu başlanıb. Müştərilərə xidmət şəbəkəsinin genişləndirilməsi Parabank üçün prioritet məsələlərdən biridir. Dinamik inkişaf edən Parabank ali təhsili olan istedadlı, özünə güvənən gənclərə Bankın mehriban kollektivinə və dolğun korporativ həyatına qoşulmaq imkanı təklif edir. Maraqlanan şəxslər CV formalarını gunash.sayılova@parabank.az göndərə bilərlər?. Bu sözləri mia.az-a Parabank ASC-nin İctimaiyyətlə Əlaqə Şöbəsinin Mütəxəssisi İlahə Adilqızı deyib. Onun sözlərinə görə, Parabank-ın digər filialları kimi, ?Bərdə? filialı da fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, Western Union, Contact, Migom, Privat Money, Bıstraya poçta, Caspian Money Transfer kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pul köçürmə və s. xidmətlər təqdim edəcək. İlahə xanım onu da bildirib ki, cari ilin axırına Parabank ölkənin müxtəlif regionlarında və paytaxtda filial və şöbələrdən ibarət xidmət şəbəkəsini daha da genişləndirməyi planlaşdırır. Qeyd edək ki, Parabank 30 iyul 2007-ci ildən Əmanətlərin Sığortalanması fondunun üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA