Vahid Əhmədov: ?Büdcəyə yenidən baxmaq mütləq lazımdır?

img

15-05-2009 [06:19]


?2009-cu il üçün dövlət büdcəsini təsdiq edəndə investisiya hissəsində 4,9 milyard manat investisiya layihələri var idi. Biz o zaman bu siyahını təsdiq etmədik. Yəni, onu rezerv kimi maliyyə nazirinin xahişi ilə saxladıq ki, qlobal maliyyə böhranı Azərbaycana ciddi təsir etsə, həmin vəsaitlə müəyyən layihələri saxlamaq imkanı olsun?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında dövlət büdcəsində ediləcək dəyişikliyə münasibət bildirən Milli Məclisin İqdisadi siyasət daimi komitəsinin üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, mart ayında Nazirlər Kabineti 3 milyard manata yaxın investisiya layihələrini təsdiq edib. ?Amma onun 1,9 milyard manatı rezervdə saxlandı. Digər tərəfdən, neftin qiymətinin düşməsi bir sıra layihələrin ixtisarına səbəb olacaq. Çünki biz neftin qiymətini büdcədə 70 dollardan hesablamışdıq. Birinci rübün yekunlarına görə, neftin qiyməti 47 dollar, indi isə 55-56 dollar arasındadır. Ona görə də büdcəyə yenidən baxmaq mütləq lazımdır. Çünki onun həm xərc, həm də gəlir hissəsində müəyyən dəyişikliklər ola bilər?. İqtisadçı onu da bildirdi ki, hazırda icrası aparılan sosial layihələrin dayandırılmasına ehtiyac duyulmur: ?Bu məsələdə elə də ciddi dəyişiklik yoxdu. Sosial müavinətlərə toxunulmayacaq. Büdcənin təxminən 5 milyard manatını Dövlət Neft Fondundan transfert etmişik. Ona görə də sosial layihələrə toxunulmasına ehtiyac yaranmayıb. Sadəcə, prespektivli layihələr saxlanıla bilər. Belə olmasa, dövlət büdcəsində çox ciddi kəsirlər yaranar. Bundan əlavə, yarımçıq qalmış investisiya layihələri var ki, bunların da başa çatdırılması təqdirəlayiqdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA