Qlobal maliyyə böhranı Xəzər Dəniz Gəmiçiliyinə də təsir edib

img

15-05-2009 [05:57]


?Dünyada baş verən maliyyə böhranı təbii ki, gəmiçikdən də yan keçməyib. Xəzər dəniz gəmiçiliyi əsasən xarici ölkələrə yük daşıdığına görə, maliyyə böhranı ilə üzləşir?. Bu sözləri Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamada bildirib: ?Əgər hansısa bir firma bizə müraciət edib, yük daşıtdırırdısa və maliyyə problemi ilə əlaqəli həmin yükü indi daşıtdıra bilmirsə, təbii ki, bu, bizim yük daşımalarında da rəqəmləri aşağı salır. Bu mənada dünya bazarının yükü çox olarsa, deməli, bizim də gəlirimiz artar, əks halda gəlirlər istədiyimiz səviyyədə olmur. Çalışdığımız qədər gəmilərimizi işlə təmin edirik ki, yük gəmiçiliyinin faizini ildən-ilə artıraq. Hazırda yük gəmiçiliyində azalma baş verməyib. Əsas qüvvəmiz tanker donaması ilə əlaqədardır. Bir hissəsi bərələrlə birlikdə Xəzər dənizində üzür. Beş Xəzəryanı ölkələr arasında əlaqədə olduğumuz ölkələr Rusiya, Türkmənistan, Qazaxıstan və İrandır. İl ərzində gəmilərimizin 20-25 faizi Aralıq, Qara dəniz və əksər Avropa ölkələrinin dəniz hövzələrində üzür. Bizim gəmiçilərimizə sifariş olunan yükləri vaxtında ünvanına çatdıdırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA