Arif Qarazov dazınmaz əmlakın qiymətinin 15 faiz endiyini bildirir

img

14-05-2009 [02:43]


"2009-cu ilin mayın 1-ə olan məlumatlara görə daşınmaz əmlak bazarında qiymətlər təxminən ötən ilin sonlarıyla müqayisədə 15 faiz enib". Bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov jurnalistlərə açiqlama verərkən deyib. A.Qaraşov ciddi qiymət enmələri barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını da nəzəzrə çatdırıb: ?Daha strateji yerlərdə isə əmlakın qiymətində ucuzlaşma bir o qədər nəzərə çarpmır? deyən A.Qaraşov daşınmaz əmlak bazarındakı durğunluğu yay fəsli ilə əlaqələndirib. Onun sözlərinə görə, payız aylarında əmlakın həm aktivliyində, həm də qiymətlərində artım müşahidə olacaq. Bundan başqa Arif Qaraşov deyib ki, banklara ipoteka kreditlərini həyata keçirmək üçün vəsaitlərin ayrılması və eyni zamanda kredit faizlərinin aşağı endirilməsilə bağlı hökumətin planlaşdırdığı tədbirlər də əmlak bazarında aktivliyin artmasına gətirib çıxaracaq: "Dünya iqtisadi böhranı nəticəsində Azərbaycanda da daşınmaz əmlakın qiymətlərində enmə müşahidə edilir. Hökumət ölkədə ipoteka kreditlərinin verilməsini isə 2007-ci ildən dayandırıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA