Kəmaləddin Heydərovun tərəfdarları qalib gəldilər

img

13-05-2009 [08:06]


Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov istefa verib. Bu barədə konfederasiyanın bu gün yaydığı məlumatında bildirlir. "İstefaya səbəb onun elmi-pedaqoji fəaliyyəti olub", - deyə məlumatda bildirilir(Trend). Konfederasiyanın nizamnaməsinə əsasən, növbədənkənar qurultayın keçirilməsinədək qurumun prezident səlahiyyətləri vitse-prezident Etibar Əliyevə verilib. Məlumat üçün bildirək, son günlər mətbuatda Konfederasiya yaranmış daxili narazılıqlar barədə müntəzəm yazılar dərc olunurdu. ASK-nın sonuncu qurultayında fövqaladə hallar naziri Kəmaələddin Heydərova yaxınlığı ilə seçilən bir qrup sahibkar Ələkbər Məmmədovun yenidən prezident seçilməsinin əleyhinə çıxış edirdi. Onun fəaliyyətindən narazılıqlarını bildirirdilər. İlk olaraq Ə.Məmmədov rəqiblərinin qarşısında duruş gətirsə də sona kimi mübarizə apara bilmədi. Ə.Məmmədovun istefası Kəmaləddin Heydərovun adamlarının qələbəsi kimi də yozula bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA