Təcili tədbirlər görülməsə, tikinti zirkətləri ilə mənzil alıcıları arasında ciddi narazılıqlar bazlayacaq

img

13-05-2009 [04:44]


?Bəzi tikinti şirkətləri bazarda yaranmış vəziyyətlə əlaqədar olaraq və eyni zamanda maliyyə böhranından əziyyət çəkmələri səbəbindən fəaliyyətlərini dayandırıblar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov deyib. Onun sözlərinə görə, bəzi tikinti şirkətləri fəaliyyətlərinin dayanmasının müvəqqəti xarakter daşıdığını iddia edirlər: ?Bizim araşdırmalarımız göstərir ki, bəzi tikinti şirkətlərində tikintinin uzun müddətli dayanması ilə bağlı ciddi narahatlıqlar var. Artıq bəzi yarımçıq tikililər təkliflə bazara çıxarılır. Bu da çox narahatlıq doğuran məqamdır. Yəni həmin tikintilərin alıcısı olmayacağı təqdirdə, o tikililərin yarımçıq qalması ehtimalı var. Ümumiyyətlə, məsələnin bu tərzdə davam etməsi bazarda tikinti şirkətləri ilə alıcılar arasında yenidən bir etimadsızlıq dalğasının yaranmasına gətirib çıxara bilər. Eyni zamanda, burada söhbət çox ciddi narazılıqların meydana çıxmasından və tikinti şirkətlərinə qarşı uzun müddətli etiraz dalğasının yaranmasından gedə bilər. Hesab edirəm ki, həm dövlət, həm də digər inzibati qurumlar bu məsələnin qarşısının alınması istiqamətində konkret addımlar atacaq?. R.Osmanov proseslərin nə vaxta qədər davam edəcəyini proqnozlaşdırmağın çətin olduğunu da bildirib. Onun sözlərinə görə, baş verən hadisələr xarici faktordan asılıdır: ?Beynəlxalq təşkilatların Qafqazla bağlı verdikləri açıqlamalardan bəlli olur ki, bu çərçivədə proseslər daha da ciddi ola bilər. Hesab edirəm ki, indiki vəziyyət ən azı bu ilin sonuna qədər davam edəcək. Bu prosesdən daha çox mənzil tikintisi ilə məşğul olan şirkətlər əziyyət çəkəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA