Mərkəzi Bankın vəd etdiyi ipoteka proqramının bərpası hələ də həllini tapmayıb

img

13-05-2009 [03:04]


?Son iki ildə Mərkəzi Bank ipoteka kreditlərinin bərpa edilməsi ilə bağlı təxminən 5 dəfə açıqlama vermişdi. Ancaq çox təəsüflər olsun ki, hələ də ipoteka proqramını bərpa etmək mümkün olmur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, indiki şəraitdə ipoteka kreditlərinin bərpa ediləcəyi inandırıcı görünmür: ?Azərbaycanda ipoteka kreditlərinin verilməsi 2006-cı ildən başlayıb. O zaman ipoteka kreditlərinə maraq çox yüksək səviyyədə idi. 2007-ci ildə Prezident ?Güzəştli ipoteka kreditlərinin tətbiq edilməsi haqqında? fərman imzaladı. Bundan sonra bu məsələyə maraq daha da artdı. Əgər 2006-cı ildə yalnız 5 milyon 568 min manat həcmində ipoteka krediti verilmişdisə və onlardan yalnız 1 milyon 276 min manatı maliyyələşdirilmişdisə, 2007-ci ildə bu rəqəm 62 milyon 242 min manata və maliyyələşdirilmiş ipoteka kreditlərinin məbləği isə 45 milyon 366 min manata çatdı. 2007-ci il iyun ayının 14-də məhz İpoteka Fondunun vəsaitinin tükənməsi səbəbindən Mərkəzi Bank ipoteka kreditlərinin 1 aylıq müddətinə dayandırılması ilə bağlı tapşırıq verdi. 2008-ci ildə dövlət büdcəsindən bu istiqamətdə 34 milyon manat vəsait ayırıldı. Güman edilirdi ki, bu addımla ipoteka kreditlərini bərpa etmək mümkün olacaq. Çox təəssüf ki, 2008-ci ildə - ipoteka kreditləşməsi üçün ayrılan vəsatin 22 milyon manat xərclənməsinə baxmayaraq, praktiki olaraq, bir dənə də ipoteka müqaviləsi bağlanmadı. 2009-cu ildə də dövlət büdcəsindən bu istiqamətdə 14 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Xatırladım ki, 2008-ci ildə dövlət büdcəsindən ayrılmış vəsaitin 12 milyon manatı qalıq şəkilindədir. Belə olan halda, 2009-cu ildə 26 milyon manat vəsait ipoteka kreditləşməsinə yönəldilər bilər. Mərkəzi Bankın bu məsələdə aldadıcı bəyanatlar verməsi məsələyə birmənalı münasibət bildirməkdə çətinlik yaradır. İpoteka proqramının bərpa edilməsi üçün zəmin var. Qlobal maliyyə böharının davam etdiyi və bankların vəziyətinin kifayət qədər acınacaqlı olduğu bir vaxtda ipoteka isteqrazlarının dövriyyəyə buraxılması arzuedilən deyil. Çünki indiki şəraitdə vətəndaşların bu isteqrazlara inamı olduqca azalıb?. V.Bayramov onu da bildirdi ki, bu məsələ yenidən uzadıla bilər: ?Mərkəzi Bankın ipoteka proqramının bərpa edilməsi ilə bağlı verdiyi açıqlamalarına şərh vermək çox çətindir. Bundan qabaq bir neçə dəfə nikbin açıqlamalar verilib. Hətta 2009-cu ilin əvvəlində Mərkəzi Bank ipoteka proqramının mart ayından bərpa ediləcəyi ilə bağlı açıqlama verdi. Təssüflər olsun ki, bu məsələ hələ də öz həllini tapmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA