OPEK sutkalıq neft hasilatının həcmini yenidən azalda bilər

img

12-05-2009 [07:03]


Neft İxrac edən Ölkələr Birliyi - OPEK mayın 28-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti sammitinə hazırlaşır. Görüşdə sutkalıq neft hasilatının həcminin azaldılması barədə qərar qəbul ediləcəyi gözlənilir. Bu barədə İraqın kütləvi informasiya vasitələri məlumat yayıb. İranın OPEK-dəki nümayəndəsi Məhəmməd Əli Xatibi inkişaf etmiş ölkələrin neft anbarlarındakı ehtiyatların artmasından narahatlığını bildirib. Bundan başqa, Əli Xatibi qeyd edib ki, neft hasilatı bazarının effektivliyi üçün, OPEK Rusiya da daxil olmaqla neft ixracatçıları ilə qarşılıqlı əlaqəni artırmağı düşünür. Qeyd edək ki, OPEK üzvləri 2008-ci ilin sentyabr ayından neft hasilatını sutkalıq 4,2 milyon barrel azaltmaq qənaətinə gəliblər ki, bu da dünyada hasil olunan neftin 5 faizi deməkdir. OPEK mart ayında iclaslar keçirsə də, hasilatın aşağı salınması haqda heç bir qərar qəbul edilməyib. Xatırladaq ki, ötən ilin ikinci yarısından başlayan neftin qiymətinin sürətlə aşağı düşməsindən sonra dekabr ayından 1 barrel 40-55 dollar arasında oynamağa başlayıb. Ekspertlər hesab edir ki, neftin 1 barrelinin 25 dollara düşməsi və ya 60-70 dollara qalxması proqnozlarda öz əksini tapmışdı./ANS TV/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA