Əmanətlərin sığortalanması ilə bağlı müəyyənləzdirilən rəqəm daha çox psixoloji xarakter dazıyır

img

08-05-2009 [06:57]


?Sığortalanan məbləğin maksimum artırılması ilə bağlı Mərkəzi Bank uzun müddətdir ki, müzakirələr aparır. Biz dəfələrlə təklif etmişik ki, əmanətlərin sığortalanması 8 min manatdan 12 min manata qədər artırılsın. Parlament bu gün qəbul etdiyi qanunla əmanətlərin sığortalanan hissəsini 8 min manatdan 30 min manatadək artırıb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, əmanətlərin sığortalanması heç də parlamentin qəbul etdiyi və ya müəyyənləşdirdiyi rəqəmlə tamamlanmır: ?Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın kommersiya bankları 30 min manatadək əmanətləri sığortalamaq imkanlarına malikdirmi? Heç kimə sirr deyil ki, indiki halda kommersiya banklarında likvidlik problemi və maliyyə resurslarına kəskin tələb var. Bu qanun və dəyişiklik 2009-cu ilin yanvarın 1-dən sonra yerləşdirilən əmanətlərə tətbiq ediləcək. Banklara əvvəl yerləşdirilən əmanətlər nəzərdə tutulmur. Ona görə də 30 min manat heç də bütün əmanətlərin sığortalanması anlamına gəlməyəcək?. İqtisadçı-ekspert onu da bildirdi ki, əmanətlərin sığortalanmasının kifayət qədər astronomik rəqəmlə bir neçə dəfə artırılması məqsədəuyğun hesab edilmir: ?Bu gün əmanətlərin sığortalanması ilə bağlı müəyyənləşdirilən rəqəm daha çox psixoloji xarakter daşıyır və iqtisadi baxımdan əsaslandırılmış rəqəm deyil. Əslində, Mərkəzi Bank və ya Parlament əmanətlərin sığortalanan məbləğinin mərhələli olaraq artırılmasına çalışmalıydı. Təəssüflər olsun ki, çox az məbləğdə artırılmaların olması və ya ölkədə əmanətlərin sığortalanmasına gec başlanması, digər ölkələrin sığortalanan əmanətlərinin məbləği arasında çox kəskin fərq yaratdı?. V.Bayramovun fikrincə, bank sektoruna inamı artırmaq üçün sığortalanan əmanət məbləğinin artırılması yetərli addım deyil: ?Düzdür, bu, müsbət addım kimi qiymətləndirilməlidir. Ancaq yalnız bir addımla bank sektoruna inamın artırılması qeyri-mümkündür. Mərkəzi Bank ilk növbədə banklara olan inamın artırılması üçün anti-böhran tədbirləri həyata keçirməlidir. Amma Mərkəzi Bankdan bir-birinə zidd açıqlamaların verilməsi vətəndaşlarda banklara olan inamsızlığı daha da artırır. Banklar öz fəaliyyətini tam olaraq, o cümlədən kreditlərin verilməsində üzərinə düşən öhdəlikləri həyat keçirməyincə, banklara olan inamın kəskin olaraq artırılması qeyri-mümkün olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA