Satızda keyfiyyətsiz, vaxtı keçmiz dondurmalar var

img

08-05-2009 [05:54]


Yay mövsümünün gəlişi ilə sərinləşdirici içkilərə və dondurmalara tələbat artır. Ancaq paytaxt mağazalarında keyfiyyətsiz məhsulların satışa çıxarılması xeyli problemlər yaradır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bu problemin ciddi xarakter aldığını bildirib: ?Şəhər mağazalarında və küçələrdə satılan dondurmaların 50 %-nin keyfiyyətsiz olması ciddi məsələdir. Dondurmaların 60 %-nin isə istehsal tarixi, son istifadə müddəti yoxdur. Bəzi ticarət obyektlərində əhaliyə vaxtı keçmiş və yaxud da marqarin qarşığı olan dondurmalar satılır?. E.Hüseynov onu da deyib ki, dondurmaların 40 % -i saxta xarici nişanlarla satışa buraxılır. Onun sözlərinə görə, problem təkcə dondurmaların kefiyyətində deyil: ?Saxta nişanlarla satışa çıxarılan dondurmaların keyfiyyəti ilə yanaşı çəkisində də problemlər olur. Bəzi hallarda keyfiyyətsiz dondurmalar həm ölkə daxilində, həm də ölkə xaricində istehsal olunanlardır?. AİB sədri bildirib ki, hələlik onlara hər hansı şikayət daxil olmadığına görə, bu məsələdə araşdırma aparmayıblar. ?Yəqin ki, yay aylarında, dondurmaların daha çox satıldığı dönəmdə reydlər keçirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA