Mənzillərin qiymətində 30-40, avtomobillərinkində isə 20-30 faiz ucuzlazma müzahidə edilir

img

07-05-2009 [05:09]


?Bankların kreditləri azaltması ilk növbədə dünyada baş verən qlobal maliyyə böhranı ilə bağlıdır. Çünki indi azad pul vəsaitlərini cəlb etmək imkanları məhdudlaşıb. Bu da təbii ki, Azərbaycanın kommersiya banklarına təsir göstərir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İqtisadi Tədqiqatlar Mərkəzinin sədr əvəzi Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, ölkə bankları əvvəlki qədər xaricdən kredit cəlb etmək imkanına malik deyillər: ?Hələ bu azmış kimi, onlar hazırda xaricdən cəlb etdikləri kreditləri geri qaytarmaq məcburiyyətindədirlər. Bundan əlavə, əvvəllər cəlb edilən vəsaitlər hesabına yaranmış sərbəst vəsaiti də itirmiş olurlar. Bu məntiqin davam kimi ölkə daxilində də problemlər baş verir. Yəni ölkə əhalisi banklardan öz əmanətlərini müəyyən qədər geri çəkir və əmanətlərin həcmi azalır. Bunun səbəbi isə əmanətlərin sığortalanması hədinin aşağı olmasıdır. Bu göstərici bizdə 6000 manat həddindədir. Biz bunun 30-40 min dollara çatdırılmasını təklif etmişdik. Bu, ölkədə bank sisteminin inkişafı üçün çox böyük addım olardı. Məsələn, Litvada əmanətlərin sığortalanmış hissəsi 100 min avro, Latviyada 50 min avro təşkil edir. Rusiyada və Qazaxıstanda isə bu göstərici 20-30 min dollar civarındadır. Bütün bunlar göstərir ki, Azərbaycanda da əmanətlərin sığortalanan hissəsini artırmaq və bankalara etimad yarada biləcək digər tədbirlər həyata keçirmək lazımdır. Yalnız bu tədbirlər nəticəsində banklarımız daxili mənbələr hesabına sərbəst pul vəsaitləri ilə təmin edər və vətəndaşlara pul kreditləri verə bilər?. İqtisadçı-ekspertin fikrincə, ən çox kredit azalması tikinti sektorunda müşahidə edilir: ?Böhran başlayandan, təxminən 30-40 faizə qədər mənzillərin qiymətində ucuzlaşma baş verib. Çünki əvvəllər insanlar kredit hesabına mənzillər əldə edirdilər. Avtomobillərin qiymətində də 20-30 faiz ucuzlaşma müşahidə edilir. Ümumiyyətlə, uzunmüddətli istifadə üçün nəzərdə tutulan məhsulların hamısında qiymət enmələri var. Lakin aqrar sektorda bu məsələdə bir az yumşaqlıq mövcuddur. Yəni aqrar sektora verilən kreditlərin böyük əksəriyyəti güzəştlidir. Dövlət kredit xərclərinin bir hissəsini öz üzərinə götürür. Üstəlik, ?Kənd Təsərrüfatının sığortalanması haqqında? Qanuna görə, kənd təsərrüfatı məhsullarının sığortalanması zamanı xərclərin bir hissəsi də dövlətin üzərindədir. Əslində, kənd təsərrüfatı qlobal maliyyə böhranı şəraitində daha az kredit resursları çatışmazlığı problemi ilə üzləşir. Ancaq ümumilikdə kənd təsərrüfatını qənaətbəxş saymaq olmaz. Düzdür, 2007-2008-ci illərdə prezidentin qəbul etdiyi müvafiq fərmanlar əsasında aqrar sektora güzəştli şəkildə yanacaq, gübrə verilməsi, texnika, toxum və damazlıq heyvanlarla təminatla bağlı mühüm işlər görülür. Amma bütün hallarda aqrar sektor hələ də ölkənin ərzaq təhlükəsizliyini təmin edə bilmir. Hansı ki, potensial olaraq, Azərbaycanın əmək və təbii resursları imkan verir ki, kənd təsərrüfat sahəsi ölkəni ərzaq təhlükəsizliyi ilə təmin etsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA