?Azpetrol? yeni yanacaqdoldurma məntəqələri açır

img

05-05-2009 [06:09]


"Yeni Müsavat" qəzetinin 5 may 2009-cu il tarixli buraxılışında "Azpetrol" şirkətinin ciddi iqtisadi böhran yaşadığına dair informasiya dərc olunub. Sözügedən informasiyada şirkətin iki aydır maaşları verə bilmədiyi üçün işçilərini ixtisara saldığı qeyd olunur. Məsələylə əlaqədar Müstəqil İnformasiya Agentliyinə açıqlama verən "Azpetrol"un mətbuat xidmətinin rəhbəri Camal Zeynalov isə yayılan məlumatı təkzib etdi. Onun sözlərinə görə, bu informasiya həqiqətə uyğun deyil: "Nəzərinizə çatdırım ki, son bir həftə ərzində bizim şirkət tərəfindən 5 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib və ümumilikdə 143 nəfər ölkə vətəndaşı işlə təmin olunub. Aprelin 30-da Saatlı rayonunda, mayın 2-də Lənkəran şəhərində, 5 may tarixində Qusar rayonunda 2 yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Bir neçə gündən sonra, yəni mayın 7-də Yevlax rayonunda şirkətimizin yeni yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək. Belə olan təqdirdə hansı böhrandan söhbət gedə bilər?! Dünyanı bürüyən böhran "Azpetrol" şirkətinə təsir göstərməyib?. C.Zeynalov bildirib ki, ?Azpetrol?un işçiləri əmək haqqlarını vaxtlı-vaxtında alırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA