Nazirlik əməkdazları satızda saxta sement azkarlayıb

img

05-05-2009 [03:57]


İstehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə keyfiyyətsiz və istifadəyə yararsız malların aşkarlanması, satışının qarşısının alınması istiqamətində İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Dövlət Xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, qurumun Gəncə şəhərində keçirdiyi monitorinqlər zamanı satışda saxta sement aşkarlanıb. Belə ki, Kəpəz rayonunda, Azərbaycan küçəsi 161 ünvanında yerləşən fiziki şəxs Məmmədov Gəray Xəlil oğluna məxsus tikinti materiallarının satışı obyektində ümumi çəkisi 8 ton olan 200 kisə ?Qaradağ-Sement? ASC-nin ?Special M-400? əmtəə nişanı ilə nişanlanmış saxta sement aşkarlanıb. Eyni zamanda Kəpəz rayonunda Azərbaycan Əsgəri küçəsi 1 ünvanında yerləşən tikinti materiallarının satışı obyektində fiziki şəxs Ələkbərov Anar Nəsib oğluna məxsus ?Qaradağ-Sement? ASC-nin əmtəə nişanından qeyri-qanuni istifadə edilməklə nişanlanmış, ümumi çəkisi 7,1 ton olan 53 ədəd ?Optimal M-300? və 90 ədəd ?Special M-400? markalı sement aşkarlanıb (ümumilikdə 343 kisə olmaqla 15,1 ton). Aşkar olunmuş saxta sement dövriyyədən çıxarılıb və keyfiyyətinin yoxlanılması üçün laborator müayinəyə təqdim olunub. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən saxta malların aşkar edilməsi və satışdan çıxarılması istiqamətində həyata keçirilən monitorinqlər davam etdirilir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA