Dazınmaz əmlak bazarında qiymətlər enir

img

05-05-2009 [02:21]


?İlkin bazarla bağlı aprel ayı üzrə hesabatlarımız artıq yekunlaşmaq üzrədir. Mart ayında qeydə alınan 6,7 faizlik nəticə budəfəki hesabatda təkrar olunmayacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlama verən ?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov deyib. Onun sözlərinə görə, birliyin monitorinqləri tam təmirsiz evlər üzrə aparılır: ?Aprel ayında bazara satış üçün mənzil çıxaran bəzi tikinti şirkətləri təmir xərclərini orta qiymətin üstünə gələrək çox yüksək bir rəqəm alıblar. Məsələn, aprel ayında bizdə təxminən 1 kv.metri 6500 dollara bazara təklif olunan qiymətlər mövcuddur. Bu qiymətlər isə nəticə etibarı ilə orta qiymətin şişməsinə, böyüməsinə gətirib çıxarır. Amma bizim təhlillər göstərir ki, bu, qiymət artımı kimi xarakterizə oluna bilməz. Əslində, bazarda qiymət azalması davam etməkdədir. Əgər biz, bu günə qədər 1 kv.metri 500-600 dollara olan mənzilləri tapa bilmirdiksə, indi paytaxtda təklif üzrə 1 kv.metri 350 dollara satılan mənzillər qeydə almaq mümkündür?. İcraçı direktor onu da bildirib ki, ilkin bazardan fərqli olaraq, digər seqmentlərdə proses konkret sədlərin nəzarətində deyil: ?Əgər ilkin bazarda qiymətlərə konkret olaraq tikinti şirkətləri nəzarət edirsə, nə təkrar, nə torpaq, nə də tikinti materialları bazarlarında belə hal mövcud deyil. Yəni inhisarçılıq meyilləri tam formada özünü göstərmir. Bu baxımdan, həmin bazarlarda qiymət azalması sırf nəzəri metodlara əsaslanır. Sadəcə, burda yeganə istisnalar qeyri-yaşayış sahələri bazarı üzrə mövcuddur?. R.Osmanov qarşıdakı aylarda daşınmaz əmlakda baş verən tendensiyaları proqnozlaşdırmağın çətin olduğunu da nəzərə çatdırdı: ?Əlimizdə olan məlumatlar göstərir ki, bu gün bazarda çox mürəkkəb situasiyalar yaşanır. Bu, mürəkkəb situasiyalar bazarın tam şəkildə təhlil olunmasını və xüsusilə də bazar haqqında hər hansı proqnozların verilməsini çox çətinləşdirir. Mövsümü nəzərə alsaq, deyə bilərik ki, may ayı istisna olmaqla, qarşıdakı dövr bazar üçün passiv dövr hesab edilə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA