Vahid Əhmədov bir sıra investisiya layihələrinin ixtisar olunacağını deyir

img

01-05-2009 [08:09]


?Büdcənin gəlir və xərc hissəsində müəyyən dəyişikliklərin olacağı gözlənilir. Bundan əlavə, nəzərdə tutulmuş bir sıra investisiya layihələri də ixtisar oluna bilər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, büdcədə dəyişikliklərin olması başadüşüləndir: ?Hələki hesablamalar aparılır. Ancaq büdcəyə mütləq yenidən baxılmalıdır, çünki neftin qiymətində dəyişiklik var?. V.Əhmədova görə, neftin qiymətinin aşağı düşməsi bir o qədər çətinlik yaratmayacaq: ?Ola bilər ki, büdcədə neftin qiyməti 50 dollardan hesablansın. Belə olduqda həm gəlirlər, həm də xərclər məcburən azalacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA