Azərbaycan-Türkiyə iqtisadi münasibətlərində azalmalar qeydə alınıb

img

01-05-2009 [07:26]


[b]TÜSİAB: ?Böhranın təsirlərini azaltmaq üçün tədbirlər görürük?[/b] ?Bu il Azərbaycan-Türkiyə iqtisadi münasibətlərində, ticarət dövriyyəsində müəyyən azalmalar qeydə alınıb. Bu azalmalar tələb-təklif tarazlığının dəyişməsilə bağlıdır?. Azərbaycan Türkiyə Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) mətbuat xidmətinin rəhbəri Rövşən Qəniyev AJAŞ Xəbər-ə açıqlamasında bildirib. R.Qəniyev cari ilin ilk rübündə Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin həcmi barədə hələ ki konkret rəqəmlərə malik olmadıqlarını bildirsə də, 2007- ci il üçün bu rəqəmin 1.5 milyard dollar, 2008-ci ildə isə 2 milyard dollardan artıq olduğunu qeyd edib. Qlobal maliyyə böhranının TÜSİAB-a üzv olan şirkətlər və iş adamlarına ciddi çətinliklər yaradıb-yaratmadığı barədə AJAŞ Xəbər-in sualına gəlincə, TÜSİAB sözçüsü təmsil etdiyi qurumun elə bir ciddi çətinliklərlə qarşılaşmadığını deyib: ?Bu da böhranın ümumilikdə Azərbaycan iqtisadiyyatına çox ciddi təsir göstərməməsi ilə bağlıdır. Lakin onu qeyd etməliyik ki, inşaat-tikinti, bahalı məişət texnikasının satışı sektorlarında dövriyyənin və satışın azaldığı hiss olunub?. Rövşən Qəniyev onu da vurğulayıb ki, TUSİAB qlobal maliyyə böhranının təsirlərini azaltmaq məqsədilə müəyyən tədbirlər də görüb: ?Üzvlərimizi böhranın idarə olunması ilə bağlı maarifləndirmək üçün ekspert və mütəxəssislərin iştirakı ilə seminarlar təşkil etmişik. Bundan başqa quruma üzv olan iş adamları arasında əməkdaşlılğın güclənməsi və beləliklə böhran mühitində güc birliyinin formalaşması üçün TÜSİAB`ın ofisində həftəlik sektor iclasları təşkil edirik. Bu qəbildən olan fəaliyyətlərimizi gələcəkdə də davam etdirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA