iqtisadi böhran Metropolitenə də təsir edib

img

30-04-2009 [05:16]


?Maliyyə problemləri səbəbindən ölkəyə yeni qatarlarının alınması hələlik mümkün olmayıb. Amma yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq və yeni qatarlar mütləq alınacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib. Onun sözlərinə görə, yeni qatarların ölkəyə alınıb gətirilməsinin dəqiq tarixi hələ müəyyənləşməyib: ?Bu qatarlar əvvəlki illərdə olduğu kimi Rusiyadan alınacaq. Ümumiyyətlə, bu işlərə başlanılanda Nazirlər Kabineti lazım olan maliyyəni ayırır. Ancaq buna nə qədər maliyyə ayrılmasını dəqiq deyə bilmərik?. N.Tanrıverdiyeva onu da bildirib ki, qarşıdan bir çox yeniliklər gözlənilir. Onun sözlərinə görə, yeni stansiyanın - ?Azadlıq? stansiyası istifadəyə veriləcək: ?Bu stansiya təxminən ilin sonuna nəzərdə tutulur. Bundan əlavə, metro kartlarını yükləmək üçün xeyli bankomatlar quraşdırılacaq. Bundan sonra metro kartlarını yükləmək üçün kassalardan daha istfadə olunmayacaq. Gediş haqqları 20 qəpikdən başlayaraq vurulacaq. Bu proses mayın 1-dən başlayacaq. Hələki 10 ədəd bankomat gətirilib. Üçü ?Elmlər Akademiyası?, dördü ?İçəri şəhər?, üçü də ?28 May? stansiyalarında quraşdırılıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA