Maliyyə böhranı ölkəmiz üçün təhlükəli həddə çatır

img

28-04-2009 [05:06]


[b]?Böhran başlayana qədər bankların verdiyi kreditlərin yarıdan çoxu bilavasitə istehlak kreditləri idi. Son məlumatlara görə, istehlaka yönələn və xüsusən də avtomobillə bağlı verilən kreditlər xeyli dərəcədə məhdudlaşdırılıb?.[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?İqtisadi Təşəbbüslərə Dəstək? İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyib. Onun sözlərinə görə, kreditlərin verilməsi daha çox müəyyən dövlət şirkətlərinin həyata keçirdiyi fəaliyyətlərlə bağlıdır: ?Son beş ildə Azərbaycan bankları inkişaf etmiş ölkələrin banklarından ucuz qiymətə kreditlər gətirib, kifayət qədər baha qiymətə satırdılar. Faktiki olaraq, hazırda bu mənbə tam şəkildə dayanıb və əksinə, bankların öz kreditlərini ödəmə prosesi gedir. Artıq bu ilin sonuna qədər əlavə 1 milyon dollarlıq kreditlərin qaytarılması məsələsi gündəmdədir. Ancaq son vaxtlar bankların taleyilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bir versiya budur ki, kiçik banklar bu prosesə tab gətirə bilməyəcək. Söhbət o banklardan gedir ki, onlar ciddi aktivlərə və kapitala malik deyillər və müəyyən dövlət vəsaitləri hesabına mövcud idilər. Bundan əlavə, belə davam edərsə, onlar ?əriyib?, böyük banklara birləşə bilərlər. Digər versiya isə budur ki, böyük banklar bu cür bankları özlərinə birləşdirməyə maraq göstərməz və bu da onların tamamilə sıradan çıxmasına səbəb ola bilər. Hələki bunlar gözləntilərdir. Şübhəsiz, qlobal böhran davam etsə və xaricdən kanallarımız açılmasa, banklarımızın bir neçəsi fəaliyyətini dayandırmağa məcbur olacaq?. İqtisadçı-ekspert, ölkədə aqrar sektorun da bərbad vəziyyətdə olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, bu sektorun da rəsmi göstəriciləri ürəkaçan deyil: ?Çox maraqlıdır, Dövlət Statistika Komitəsi bildirir ki, ehtiyaclarımızın 60 faizi idxal hesabına ödənilir. Digər tərəfdən isə Kənd Təsərrüfatı Nazirliyi bəyan edir ki, bizdə hər şey yaxşıdır. Bundan əlavə, bizdə emal sənayesinin vəziyyəti də normal deyil. Artıq ilin ilk aylarının nəticələrinə baxanda görürük ki, bir çox sənaye sahələrində kifayət qədər ciddi çöküş var. Xüsusilə də içki, geyim və digər sahələrdə vəziyyət bərbaddır?. R.Ağayev onu da bildirib ki, hökumət bu kimi problemlərə son qoymaq üçün bir çox zəruri addımlar atmalıdır. Onun qənaətincə, ilk növbədə iqtisadiyyatın şəffaf idarə edilməsi ilə bağlı qərar qəbul edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA