Kia Motors yeni qısamüddətli endirimlərə bazladı

img

28-04-2009 [01:01]


Kia Motors Şirkəti bütün modellərini yeni endirim və kredit şərtləri ilə təklif edir. Qısa müddət davam edəcək bu kampaniyada Şirkət Kia modellərini nəğd alanlara 5%-dən 15%-dək endirimlər edəcək . Bundan əlavə, Kia avtomobillərini ilkin ödəniş 40-50% olmaqla 2-3 illik faizsiz kreditlə əldə etmək olar. Şirkətin bütün modellər üzrə yeni kredit paketi isə belədi: Picanto ilkin ödəniş 2900 manatdan başlayaraq, aylıq ödəniş 224 manat, Rio ilkin ödəniş 2680 manatdan, aylıq ödəniş 208 manat, Ceed ilkin ödəniş 4700 manat, aylıq ödəniş 367 manat, Cerato ilkin ödəniş 3650 manat, aylıq ödəniş 324 manat, Optima ilkin ödəniş 4120 manat, aylıq ödəniş 405 manat, Opirus ilkin ödəniş 7480 manat, aylıq ödəniş 664 manat, Carens ilkin ödəniş 3950 manat, aylıq ödəniş 388 manat, Carnival ilkin ödəniş 5950 manat, aylıq ödəniş 529 manat, Sportage ilkin ödəniş 4000 manat, aylıq ödəniş 394 manat, Sorento ilkin ödəniş 5990 manat, aylıq ödəniş 591 manat, Mohave ilkin ödəniş 7860 manat, aylıq ödəniş 778 manat. İlkin ödənişə bank xərci və sığorta paketi də daxildir. Şirkətin məlumatına görə, kampaniya qısamüddətlidir və avtomobillərin sayı məhduddur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA