Sumqayıt mazın bazarı ticarətlə məzğul olan zəxslərin vergini ödəməmələri üzündən bağlanıb

img

25-04-2009 [11:29]


Sumqayıtda yerləşən Maşın bazarı kimi tanınan ticarət obyekti bağlanıb. Bazarda çalışan sahibkarlardan birinin verdiyi məlumata görə, bu gün saat 6-da Vergilər Nazirliyinin əməkdaşları heç bir xəbərdarlıq etmədən maşın bazarının qapılarını bağlayaraq işçiləri əraziyə daxil olmağa qoymayıblar. Səbəb kimi bazarda ticarətlə məşğul olan şəxslərin vergini ödəməmələrini göstəriblər. Bazarda fəaliyət göstərən şəxslər ANS PRESS-ə bildiriblər ki, Azərbaycanın bütün bölgələrindən olmaqla bazarda 2000-ə yaxın adam fərdi ticarətlə məşul olur. Şənbə və bazar günləri fəaliyyət göstərən bazarda həftəlik maşın saxlamaq 3-4 manat, gündəlik dayanacaqlar isə pulsuzdur. Onların sözlərinə görə, bazarın bağlanması vergi ödəməməklə bağlı deyil. Belə ki, burada ticarətlə məşğul olan ayrı-ayrı adamlara dəfələrlə Yasamal rayonu ərazisindəki yeni maşın bazarına köçmələrini deyiblər. Hazırda bazarda olan vergi müfəttişləri məsələ ilə bağlı heç bir açıqlama vermirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA