Siyahıyaalmanın ilkin nəticələri bəlli oldu

img

24-04-2009 [06:18]


Bu ilin aprelin 13-22-də Azərbaycanda aparılan əhalinin siyahıya alınma proseinin ilkin nəticələrinə görə, Azərbaycan əhalisinin sayı 8,820 mln. nəfərə çatıb. Bu barədə jurnalistlərə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib. O qeyd edib ki, bu məlumatlar hələ dəqiq deyil. ?Çünki, hələ bəzi xarici məntəqələrdəki sorğunun nəticələri gəlib çıxmayıb. Hazırda bir sıra xarici ölkədə olan azərbaycanlıların sayı dəqiqləşdirilir?, - deyə Vəliyev əlavə edib. Qeyd edək ki, cari ilin may ayının ikinci yarısından başlayaraq bir ay ərzində siyahıyaalma vərəqələri Statistika Komitəsinə təhvil veriləcək. Daha sonra məlumatlar kompüterə keçiriləcək. Nəticədə, ölkənin ayrı-ayrı bölgələri üzrə 10 ədəd, ümumi ölkə üzrə isə 1 ədəd kitabça çap olunacaq. Siyahıya alınma prosesi tamamilə 2010-cu ilin ortalarında başa çatacaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu il aprelin 1-nə Azərbaycan əhalisinin sayı 8,753 milyon nəfər təşkil edib. Bu göstərici 2009-cu ilin əvvəli ilə müqayisədə 0,3 faiz çoxdur. Əhalidə kişilərin faiz payı 49, qadınlarda - 51-dir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA