Bu il üçün büdcədə gərginlik gözlənilir

img

23-04-2009 [08:00]


[b]Gələcəkdə isə Azərbaycanın vəsait qıtlığı ilə üzləşmə ehtimalı var [/b] ?Əvvəlki ildə olduğu kimi, bu il də dövlət büdcəsinin çox ciddi gəlir hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir. Bu il üçün proqnozlaşdırılmış büdcə gəlirlərinin 40 faizini, yəni 4,9 milyard manatın Dövlət Neft Fondundan transfer ediləcəyi gözlənilir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?İqtisadi Təşəbbüslərə Yardım? İctimai Birliyinin sədri Azər Mehtiyev deyib. Onun sözlərinə görə, dünyada baş verən maliyyə böhranı bu məsələdə bir çox problemlər yaradıb: ?Qlobal maliyyə böhranı ilə bağlı bu il həm ABƏŞ-dən gözlənilən qədər vergi daxilolmaların olmaması, həm də Dövlət Neft Şirkətindən gözlənilən qədər vəsaitin büdcəyə verilməməsi, son nəticədə ya büdcədə ixtisar, ya da Dövlət Neft Fondundan əlavə transferti qaçılmaz edəcək. Ona görə də, bu il üçün büdcədə xeyli gərginlik gözlənilir. Gələn ilin büdcəsinin formalaşdırılması isə bu ildən asılı olacaq. Lakin indidən baxanda, gələn il üçün də təqribi proqnoz vermək olur. Çox güman ki, hökumət gələn il üçün bu ildən də bir qədər artıq vəsaiti Dövlət Neft Fondundan transfert etməlidir, ya da müəyyən büdcə öhdəliklərindən imtina etmək məcburiyyətində qalacaq?. İqtisadçı-ekspert dedi ki, Dövlət Neft Fondundan vəsaitlərin büdcəyə transfert olunması ölkəmizi gələcəkdə bir çox problemlərlə üz-üzə qoya bilər: ?Azərbaycanın indiyə qədər böhranın təsirlərinin az olmasından danışması daha çox Dövlət Neft Fondundakı vəsaitlərin hesabınadır. Bu cür sürətli transfertlər həmin vəsaitlərin tez bir zamanda tükənməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, Neft Fondunda olan vəsaitlərin səmərəsiz istifadəsi məsələsi kimi bir təhlükə ilə üzləşmə ehtimalı var. Bu isə gələcəkdə Azərbaycanın həm vəsait qıtlığına, həm də xarici borclarının artması tendensiyasına səbəb ola bilər?. A.Mehtiyev neft hasilatının həcminin sabit saxlanılacağını da nəzərə çatdırdı. O, bunu ?Azəri-Çıraq? və ?Günəşli? yataqlarında baş vermiş qəzanın olması ilə əlaqələndirdi: ?Həmin qəzanın aradan qaldırılmaması üzündən, neft hasilatı həcmlərinin artırılması hələki mümkün olmur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA