Azərbaycanın kənd təsərrüfatı məhv olur

img

22-04-2009 [04:26]


[b]Hökumət buna qarşı proqram hazırlamaqda maraqlı görünmür[/b] ?Beş ildir ki, Azərbaycanın kənd təsərrüfatı böhran içərisindədir. Hətta neftin qiymətinin ən yüksək olduğu bir vaxtda da Azərbaycanın kənd təsərrüfatına ayrılan vəsaitlərin qoyuluşu ilə artım tempi uyğun gəlməyib. Əslində Azərbaycana yeni bir aqrar siyasət lazımdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə iqtisadçı-alim Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, aqrar islahatların birinci mərhələsinin 2003-cü ildə başa çatmasına baxmayaraq, ikinci mərhələdən xəbər yoxdur: ?Digər ölkələrdə bu işlə Kənd Təsərrüfatı Nazirliyi məşğul olur. Amma bizim kənd təsərrüfatı naziri o sahənin mütəxəssisi olmadığına görə, onun baza təhsili yoxdur. Heç olmasa, əvvəllər Nazirlər Kabinetində kənd təsərrüfatının kurasiyası ilə məşğul olan birinci müavin var idi. Bu işlər müəyyən mənada zəif edə olsa, gedirdi. Amma qlobal maliyyə böhranının getdiyi bir şəraitdə Azərbaycanın hazırda özünün ərzaq təminatı 47 faizdir. Bu isə ölkəmiz üçün çox aşağı göstəricidir. Dünyanın əksər dövlətlərində özünü kənd təsərrüfatı məhsulları ilə təminat ən azı 2/3-dən aşağı olmamalıdır. Lakin Azərbaycanın ərzaq asılılığı problemi hələ də həll edilməyib. Açığı, istər hökumətin, istərsə də müvafiq nazirliyin deyəsən, aqrar siyasət proqramı hazırlamaq fikri yoxdur. Bu və digər səbəblərdən böhranın bütün faktorları ölkəmizin kənd təsərrüfatında müşahidə edilir?. C.Nuriyev ölkədə idxalı azaltmaq üçün zəruri tədbirlərin və ixrac potensialını artırmaq gərəkli tədbirlərin görülməsinin vacibliyini də deyib: ?Ölkənin kənd təsərrüfatı məhsullarının sayını və çeşidini də artırmaq vacibdir. 18 ildir müstəqil dövlət olmasına baxmayaraq, Azərbaycanı hələ də dünya bazarında təmsil edən bir ticarət markası yoxdur. Bundan əlavə, yerli sahibkarlara kredit məsələsində də yüksək şərait yaradılmalıdır. Ancaq verilən kreditlər yüksək faizlə olub və bu da bəzi sahibkarları müflis edib. Ona görə də Azərbaycan təcili şəkildə anti-böhran proqramı qəbul etməlidir. Ümumiyyətlə, Azərbaycanı çox ciddi iflas gözləyir və bu, özünü gec-tez göstərəcək?. C.Nuriyevin sözlərinə görə, dövlət, aqrar sektora subsidiyalar verməlidir. Əgər hökumət aqrar sektora subsidiyalar ayırsa, daxili bazarda gərginlik azalar, tələbə uyğun olaraq, təkliflər yüksək səviyyədə olmadığına görə, qiymətlər aşağı düşər və ölkədə işsizlik qismən aradan qalxmış olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA