Qlobal maliyyə böhranı yoxsulların sayını artıracaq

img

21-04-2009 [06:51]


[b]?Qlobal maliyyə böhranı istisnasız olaraq, bütün ölkələrə təsir göstərib. Azərbaycan da qlobal maliyyə böhranının neqativ təsirlərini hiss edən ölkələrdəndir. Artıq böhranın neqativ təsirləri rəsmi məlumatlarda da öz əksini tapır?.[/b] Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yalnız yanvar-fevral aylarında ölkəmizdə 6000 iş yeri bağlanıb: ?Çünki rəsmi statiskada iş yerlərinin sayının azalması və eyni zamanda bank sektorunda bankların kütləvi kreditlər verməsini dayandırması müşahidə olunub. Böhran ən çox aztəminatlı və ya yoxsulluq həddində yaşayan insanlara mənfi təsir göstərib. Ümumiyyətlə, bu böhran dünyada yoxsulların sayının artmasına gətirib çıxara bilər. Güman olunur ki, qlobal maliyyə böranı nəticəsində Azərbaycanda 2009-cu ildə yoxsulluq həddi 2008-ci ilə nisbətən daha çox olacaq. Xatırlatmaq istəyirəm ki, rəsmi məlumatlara görə, ölkəmizdə yoxsulluq həddi təxminən 12 faizdir. Buna əyani sübut kimi Azərbaycanda xeyli sayda müssisənin bağlanmasını göstərmək olar. Ona görə də rəsmi olaraq, böhranın Azərbaycana təsiri ilə bağlı birmənalı fikrin olmamasına baxmayaraq, bu gün böhranın təsirini hər bir vətəndaş da hiss edir. Artıq son proseslər də göstərir ki, hökumət qlobal maliyyə böhranının ölkəyə təsirini etiraf edir?. İqtisadçı-ekspert, böhranla bağlı hökumətin qınanmasının əleyhinə olduğunu da nəzərə çatdırıb. Onun sözlərinə görə, böhran xarici faktordur və bu, Azərbaycan hökumətinin fəaliyyətindən asılı deyil: ?Böhran təkcə Azərbaycana deyil, bütün ölkələrə tsir göstərib. Əslində bu gün məqsəd və hədəf böhranın hansı sfrelara daha çox təsir etdiyini müəyyənləşdirməkdir?. V.Bayramovun sözlərinə görə, qlobal maliyyə böhranının təsirləri böhranın hansı müddəti əhatə etməsindən asılıdır: ?Burada daxili faktorlardan daha çox xarici faktor mühüm rol oynayır. Nəzər almaq lazımdır ki, Azərbaycana böhranla yanaşı, neftin qiymətinin dünya bazarlarında azalması da öz təsirini göstərir. Güman olunur ki, 2009-cu ilin sonunadək ölkə iqtisadiyyatında durğunluq hələ qalacaq. Bundan əlavə, bu ilin yekunlarında iqtisdi artımın birrəqəmli olması proqnozlaşdırılır. Baxmayaraq ki, 2006-cı ildən başlayaraq Azərbaycanda iqtisadi artım 35 faizə yaxın idi. Bu rəqəm 2007-ci ildə 25, 2008-ci ildə isə 10,8 faiz olmuşdu. Hökumətin atacağı addımlar birbaşa məhz keçid ölkələrinin atdığı addımlarla uzlaşmalıdır. Keçid ölkələrinin demək olar ki, hamsında artıq anti-böhran proqramı hazırlanıb. Ona görə də hökumətin anti-böhran proqramının hazırlaması və bununla bağlı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Əgər belə olarsa, böhranın ölkəmizə təsirlərini minimuma endirmiş olarıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA