Təhsil obyektlərinin qızdırılmasında Günəz enerjisindən istifadə oluna bilər

img

21-04-2009 [06:35]


?Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı?na uyğun olaraq bu sahənin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Hazırda Qobustanda ümumi gücü 60 meqavat olan və ildə 75 milyon kVt/saat elektrik enerjisi verə biləcək külək elektrik stansiyasının inşaası üçün işlər həyata keçirilir. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, bu stansiyanın 20 meqavatlıq 1-ci mərhələsinin inşası üçün 40 hektar torpaq sahəsi ayrılıb, texniki-iqtisadi əsaslandırma və tikinti müqaviləsi hazırlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, 2008-ci ildə xarici şirkətlə birlikdə respublikada biokütlərdən istilik enerjisi alınması üzrə 5 ədəd qurğu quraşdırılaraq istismara verilib. Günəş enerjisindən istifadə məqsədilə də işlər davam etdirilir. Sənaye və Energetika Nazirliyindən bildirilib ki, ilkin olaraq təhsil və səhiyyə obyektlərinin qızdırılması, isti su təchizatı məsələlərinin həlli istiqamətində Koreya, İran, Almaniya və digər ölkələrin təcrübəsini öyrənilir, müvafiq şirkətlərlə danışıqlar aparılır. Alternativ enerji mənbələrinin texniki bazasının təmin edilməsi məqsədilə Sumqayıt şəhərində müasir istehsalat bazası kimi Texnoparkın inşasına başlanılıb. Burada külək generatorları üçün avadanlıqların, günəş batareyalarının, hidroturbin generatorlarının, köməkçi qurğuların, kabellərin istehsalı nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA